Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1091/2023 26.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 11 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Şakir Quliyevin MN ******* nömrəli nömrəli, 11 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X4 göstərdi ki, onun 58 yaşı var, ailəlidir və 6 uşaq atasıdır. Həyat yoldaşı uzun illər bundan əvvəl dünyasını dəyişimişdir. Ötən illər ərzində o, min bir əziyyətə qatlaşaraq təkbaşına uşaqlarını böyüdüb tərbiyyə etmişdir. Bir oğlu, X11 44 günlük İİ Qarabağ müharibəsi veteranıdır. Tarixi torpaqlarımızın azad edilməsində iştirakına görə ölkə Prezidenti tərəfindən 6 medalla təltif edilib. Yaşadığı həyət evinin zirzəmisində yağış suları qaldığı üçün o, aprel 2023-cü il tarixdə ora sərmək məqsədi ilə 30 manat verib bir lafet balıqqulağı gətizdirmişdir. Həyətin girəcəyinə boşaldılmış balıqqulağını uşaqlarının köməyi ilə evin altına daşyıb sərmişdir. Lakin heç gözləmədiyi halda noyabr 2023-cü il tarixdə veteran kartından pul çıxardan zaman məlum olmuş ki, onun kartımdan pul silinir. Apardığı araşdırma zamanı məlum oldu ki, evinin qarşısına tökdürdüyü balıqqulağına görə Ekologoya və Təbii Sərvətlər nazirliyini Regional İdarəsi tərəfindən barəsində protokol tərtib edilərək 11 may 2023-cü il tarixli İnzibatı tənbeh vermə haqqında MN № ******* qərarla 600 manat cərimə olunmuşdur. Cərimə barədə ona xəbərdarlıq olunmadığı üçün ödənilməyən aylara görə cərimənin üstünə faiz də gəlimişdir. Ailəsinin vəziyyətini nəzərə alıb cərimə edilməsi barədə 11 may 2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədiklərindəm Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə X3 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən X10 barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 11 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 tərəfindən X10 barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, 11 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X8 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-1091/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1091/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver