Məhkəmə qərarları › İş №3(018)-1093/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1093/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1093/2024 27.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Astara rayonu, Vaqo kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:40 radələrində Astara rayonu, Vaqo kənd sakini Şəxs sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi Eksvalator-Yükləyici markalı, AZ 07T121 dövlət qeydiyyat nişanlı texnika ilə Astara rayonu, Maşxan kənd yolunda əks istiqamətli hərəkət zolağına çıxmaqla (sola dönərkən) manevr ederken, hemin vaxt Astara rayonu, Rüdəkənar kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Sprinter yük markalı, 99HD603 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı edərkən maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi törətmişlər. Sürücü Zərərçəkmiş şəxs barəsində zərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və o, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla 100 manat cərimə edilmişdir. Astara RPŞ-nin X3 Bölməsinin polis kapitanı Müqəddəs Şahbazov tərəfindən Şəxs barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 dekabr 2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 25 dekabr 2024-cü il tarixdə saat 13:00 radələrində qonşusu X1 həyətinə getmiş və Nemət evdə olmadığına görə həyətində Nemətə məxsus Eksvalator-Yükləyici markalı, AZ 07T121 dövlət qeydiyyat nişanlı texnikanın açarı üstündə olduğu üçün sükan arxasına oturmuş və Eksvalatorla Astara rayonu, Ərçivan qəsəbəsinə getmiş,saat 13:40 radələrində qayıdarkən Astara rayonu, Maşxan kəndində hərəkət edərkən düz xətt yolda sola dönərkən bu zaman sol tərəfində ötməkdə olan Mercedes Sprinter yük markalı, 99HD603 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsinə yolun əks tərəfində Eksvalatorun ön yük qaldırıcının sol yan yolun sol ehtiyyat hissəsində yerləşən elektrik dəmir dirəyi və qaz xətt dəmir qoruyucu dirəyinə dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Eksvalatoru o özünün idarə etdiyini və sürülük vəsiqəsi olmadığını bildirmişdir. Bundan sonra qonşusu Nemətə zəng edib hadisə barədə məlumat vermişdir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında idarə etdiyi nəqliyyat vasitəsinə ziyan dəydiyini, ziyanın ödənilmədiyini bildirmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, iş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri – cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar