Məhkəmə qərarları › İş №3(018)-1099/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1099/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1099/2023 18.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 barəsində inzibati xəta haqqında iş aparılan Nəsirov Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Astara rayonu, Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Astara rayonu, Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Nəsirov Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 535.1-ci maddələri ilə Astara rayon Polis Şöbəsindən və Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş aparılan Nəsirov Şəxs Biləsuvar Rayon İcra hakimiyyəti başçısının aparatının “Məşət zorakarlığı haqqında iş üzrə” 03 iyul 2023-cü il tarixli, 04 saylı qərarına əsasən borclu Nəsirov Şəxs cinayət və inzibati məsuliyyəti izah edilməklə məşiət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmişdir. Qeyd edilən icra sənədi 18 iyul 2023-cü tarixdə icra edilməsi üçün göndərilməsinə baxmayaraq Nəsirov Şəxs tərəfindən hal-hazıra kimi icra edilməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən Nəsirov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş aparılan Nəsirov Şəxs 16 dekabr 2023-cü il tarixdə, saat 03:00 radələrində Astara şəhəri H.Əliyev küçəsində yerləşən Astara rayon polis şöbəsinin inzibati binasının qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən Astara rayon polis şöbəsinin əməkdaşları xidməti vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. astara rayon polis şöbəsinin qanuni tələblərinə dəfələrlə riayət etməmiş və bu zəmində polis əməkdaşları ilə mübahisə yaratmış, uca səslə danışaraq qarşılıqlı davranış və əxlaq normalarını pozmaqla ictimai qaydanı pozmuşdur. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisələri ilə bağlı Nəsirov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Astara rayon Polis Şöbəsində 18 dekabr 2023-cü il tarixli, MN ******* saylı və Astara rayon İcra və probasiya şöbəsində 18 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Bu hərəkətləri ilə X6 Azərbaycan Respublikası İXM-nin 528.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Astara Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadına əsasən hər iki xəta haqqında protokol üzrə olan inzibati işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Nəsirov Şəxs izahat verib göstərdi ki, o, Astara rayonu, Pensər kəndində yaşayır. Biləsuvar Rayon İcra hakimiyyəti başçısının aparatı “Məşət zorakarlığı haqqında iş üzrə” 03 iyul 2023-cü il tarixli, 04 saylı qərarı əsasında olan icra sənədi 18 iyul 2023-cü tarixdə icra edilməsi üçün göndərilmiş, bildirişi almış olsada Bakı şəhərində yaşamasına görə Astara rayon İcra və probasiya şöbəsinə gələ bilməmişdir. Bundan başqa polis şöbəsinə dəvət edilməsindən bərk əsəbləşib, 16 dekabr 2023-cü il tarixdə, saat 03:00 radələrində Astara şəhəri H.Əliyev küçəsində yerləşən Astara rayon polis şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşı ilə mübahisə etmişdir. O, polis əməkdaşına tabe olmamışdır. Həmin polis əməkdaşı Astara Rayon Polis Şöbəsindən polis əməkdaşlarını dəvət etmişdir. Həmin vaxtı çox əsəbləşdiyindən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Biləsuvar Rayon İcra hakimiyyəti başçısının aparatının borclu Nəsirov Şəxs cinayət və inzibati məsuliyyəti izah edilməklə məşiət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi barədə olan “Məşət zorakarlığı haqqında iş üzrə” 03 iyul 2023-cü il tarixli, 04 saylı qərarı 18 iyul 2023-cü tarixdə icra edilməsi üçün Astara rayon İcra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə borclu Nəsirov Şəxs tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. Borclu Nəsirov Şəxs Astara rayon İcra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırtmasına görə Biləsuvar Rayon İcra hakimiyyəti başçısının aparatının 03 iyul 2023-cü il tarixli, 04 saylı qərarının icrasından qəsdən boyun qaçırtmışdır. aqla yaranmış olan borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində göstərdi ki, o, Astara RPŞ-də CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 dekabr 2023-cü il tarixdə, saat 03:00 radələrində Nəsirov Şəxs işi ilə əlaqədar polis şöbəsində gətirilmiş, həmin vaxtı o, səs-küy salmışdır. Nəsirov Şəxs ictimai qaydanı mühafizə tədbiri olaraq iintizama dəvət etsələrdə Nəsirov Şəxs onlara tabe olmamışdır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Nəsirov Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Nəsirov Şəxs 16 dekabr 2023-cü il tarixdə, saat 03:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmədə işə baxılan zaman inzibati xəta tərətmiş şəxs Nəsirov Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Nəsirov Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli, təqsirinin dərəcəsini, qərəzli olmasını nəzərə alaraq, ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cəzasının təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım : İnzibati xətanı törətmiş Nəsirov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 16 dekabr 2023-cü il tarixdən, saat 03:00-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar