Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-11/2023 24.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, X6 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X9 İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X9 İdarəsinin icazə və razılaşdırma şöbəsinin müdiri X12 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək Astara rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, X1 rayonu, Ərcivan qəsəbəsində yerləşən “Təzə ət” obyektinin müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlanmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq (İnzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, iş materiallarına hüquqi qiymət verib hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, X9 İdarəsi əməkdaşları tərəfindən Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən X3 məxsus olması ehtimal edilən “Təzə ət” obyektinin müvafiq icazə sənədləri olmadan açıq məkanda reklamların icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan açıq məkanda reklam yayımı halları müəyyən edildiyi qeyd edilmiş və bu barədə 19 dekabr 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əsas kimi isə X2 adına ********** saylı VÖEN olmasını qeyd etmişdir. İnzibati işə əlavə edilmiş Astara rayonu, Ərcivan qəsəbə bələdiyyəsinin 04 aprel 2023-cü il tarixli 4-22 saylı arayışından məlum olur ki, X2 adına Astara rayonu, Ərcivan qəsəbə ərazisində qeyri-yaşayış binası yoxdur. Həmin 6,8 kvadrat metr sahəsi olan mağaza isə X4 məxsusdur. İnzibati işə əlavə edilmiş Astara rayonu, Ərcivan qəsəbə icra nümayəndəliyinin 05 aprel 2023-cü il tarixli 523 saylı arayışından məlum olur ki, Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən “Təzə ət” dükanı mərhum X4 məxsus olmaqla, hal-hazırda sonuncunun oğlu X5 istifadəsindədir. X2 həmin “Təzə ət” dükanı ilə hec bir əlaqəsi yoxdur. İnzibati işə əlavə edilmiş 6 saylı Ərazi Vergilər İdarəsinin 04 aprel 2023-cü il tarixli məktubundan məlum olur ki, Astara rayonu, Ərcivan qəsəbə sakini X6 ********** saylı VÖEN əsasında “Taksi fəaliyyəti” əsas fəaliiyət növü ilə uçotdadır. Göründüyü kimi Astara rayonu, Ərcivan qəsəbəsində yerləşən “Təzə ət” obyekti Astara rayonu, Ərcivan qəsəbə sakini X3 məxsus olmamaqla o, həmin obyektdə fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-11/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-11/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver