Məhkəmə qərarları › İş №3(018)-1106/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-1106/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-1106/2023 19.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 511.1.3-cü maddələri ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Astara rayonun Ərçivan qəsəbə sakini Şəxs barəsində araşdırma ilə əlaqədar izahatının alınmasından ötrü Astara RPŞ-yə dəvət edilmiş, Şəxs Astara RPŞ-nin inzinbati binasının qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə ümumi istifadədə olan Tİk-tok sosial şəbəkəsində “Şəxs” adlı profilin sahibi VAZ2107 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin avtoxuliqanlıq hərəkətlərinə yol verməsi aşakar olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara RPŞ-i tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-1106/2023 nömrəli iş bir icraatda 3(018)- 1107/2023 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli İXP ******* və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-1106/2023 nömrəli iş bir icraatda 3(018)-1107/2023 nömrə ilə birləşdirilsin. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar