Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1107/2023 19.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X4 oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci ildə Astara rayonun, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonun, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələri ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə ümumi istifadədə olan “Tik-tok” sosial şəbəkəsində “Şəxs” adlı profilin sahibi VAZ 21074 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin avtoxuliqanlıq edərək paylaşımlar etdiyi barədə məlumat daxil olmuşdur. Keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində VAZ 21074 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobili idarə edən və “Tik-tok” sosial şəbəkəsində “Şəxs” adlı səhifəni, Astara rayonu, Ərçivan qəsəbə sakini Şəxs tərəfindən ostifadə etdiyi müəyyən edilmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Astara rayonun Ərçivan qəsəbə sakini Şəxs barəsində araşdırma ilə əlaqədar izahatının alınmasından ötrü Astara RPŞ-yə dəvət edilmiş, Şəxs Astara RPŞ-nin inzinbati binasının qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 20 avqust 2023-cü il tarixdə, saat 16:00 radələrində etibarnamə ilə idarə etdiyi VAZ 21074 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobil ilə Astara şəhəri ərazisində, Xəzər dənizi sahilində, çimərlikdə insanlarım sıx olduğu yerdə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsinin səslərini çıxarmasını yolda ziqzaqvari hərəkətlər edərək avtoxuliqanlıq etmişdir. Bundan əlavə, 18 dekabr 2023-cü il tarixdə saat 17:50 radələrində barəsində araşdırma ilə əlaqədar izahatının alınmasından ötrü Astara RPŞ-nin TB-nə dəvət olunmuş, polis şöbəsində olan zaman əsəbi olduğu üçün ünvansız nalayiq ifadələr işlətmişdir. Etdiyi inzibati xətanı başa düşüb gələcəkdə bu cür xətalara yol verməyəcəyinə dair söz verir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verir. Məhkəmə iclası zamanı şahid Astara RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru, polis kapitanı X1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Astara rayonun Ərçivan qəsəbəs sakini Şəxs idarə etdiyi VAZ 21074 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, S.Vurğun küçəsində yerləşən dəniz kənarında nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsinin səslərini çıxarma və ya yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Bütün qeyd olunan hallar, “Tik-tok” sosial şəbəkəsində “Şəxs” adlı səhifəsində paylaşması aşkar olunmuşdur. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə edilmiş, Şəxs hərəkətləri protokollaşdırılmışdır. Məhkəmə iclası zamanı şahid Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X2 izahatında göstərdi ki, 18 dekabr 2023-cü il tarixdə saat 17:50 radələrində Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı İsa İsazadə ilə Astara rayonun Ərçivan qəsəbəs sakini Şəxs barəsində araşdırma ilə əlaqədar izahatının alınmasından ötrü Astara RPŞ-nin TB-nə dəvət olunmuş, polis şöbəsində olan zaman əsəbi olduğu üçün ünvansız nalayiq ifadələr işlətmişdir. Şəxs etdiyi hərəkətin inzibati xəta olduğu izah edilsə də sonuncu hərəkətlərinə davam edərək söyüş söymüşdür. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə edilmiş, Şəxs hərəkətləri protokollaşdırılmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs 20 avqust 2023-cü il tarixdə, saat 16:00 radələrində idarə etdiyi VAZ 21074 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobil ilə Astara şəhərində, Xəzər dənizi sahilində, çimərlikdə insanlarım sıx olduğu yerdə ilə avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmişşəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda,on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə- nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 18 dekabr 2023-cü il tarixli, 258 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsində qeyd edilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqiliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırmaqla müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 18 dekabr 2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın icrası Astara rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Baş X6 İdarəsinin 5 saylı Lənkəran RQİB-yə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-1107/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1107/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver