Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-113/2023 10.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və hakim köməkçisi X4 oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, 26 avqust 1983-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs 09 fevral 2023-cü il tarixdə, saat 16:00 radələrində Astara şəhər ərazisində olarkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 09 fevral 2023-cü il tarixdə, saat 16:00 radələrində Astara şəhər ərazisində yaşadığı ünvanda olduğu zaman polis əməkdaşları oraya gəlib özlərini təqdim etdikdən sonra şəhər ərazisində baş verən oğurluqda onun şübhəli olduğunu bildirərək Astara rayon Polis şöbəsinə dəvət etmişlər. O, həmin vaxt əsəbi olduğundan ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onun etdiyi əməlin inzibati qaydada pozuntu olduğunu dəfələrlə ona izah etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməlin düzgün olmadığını dərk edərək gələcəkdə belə bir halların olmayacağını bildirmişdir. Məhkəmə iclası zamanı Astara rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili X1 bildirdi ki, 09 fevral 2023-cü il tarixli, HK-1/174 saylı material ilə əlaqədar Astara RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Nicat Əliyevla birlikdə Astara rayon sakini Şəxs izahatının alınması üçün sonuncunu polis şöbəsinə dəvət etdikdə Şəxs ictimai yerdə ucadan səs-küy salmağa başlamışdır. Bu hərəkətlərin inzibati qaydada pozuntu olduğunu dəfələrlə Şəxsa izah etsələr də, Şəxs onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən İsayev X2 RPŞ-nin inzibati binasına gətirilmiş, daha sonra raportla şöbə rəhbərliyinə məruzə olunmuş və sonuncu barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı Astara rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili X3 bildirdi ki, 09 fevral 2023-cü il tarixli, HK-1/174 saylı material ilə əlaqədar Astara RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Həsən Ağayevla birlikdə Astara rayon sakini Şəxs izahatının alınması üçün sonuncunu polis şöbəsinə dəvət etdikdə Şəxs ictimai yerdə ucadan səs-küy salmağa başlamışdır. Bu hərəkətlərin inzibati qaydada pozuntu olduğunu dəfələrlə Şəxsa izah etsələr də, Şəxs onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən İsayev X2 RPŞ-nin inzibati binasına gətirilmiş, daha sonra raportla şöbə rəhbərliyinə məruzə olunmuş və sonuncu barəsində protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinəəsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinəşüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsindəinzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, əməlindən peşiman olmasını, bir daha belə hallara yol verməyəcəyi barədə söz verməsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinəəsasən inzibati qaydada tutulmuşşəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli, 34 nömrəli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 09 fevral 2023-cü il tarixdə 18:00 radələrində inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-113/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-113/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver