Məhkəmə qərarları › İş №3(018)-113/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-113/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-113/2024 26.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştarakları ilə, Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X1 qəbul etdiyi MN ******* nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğdə cərimə edilmişdir. X7 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X7 şikayətini müdafiə edərək barəsində tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və 05 fevral 2024-cü il tarixli, MN ******* nömrəli qərara xitam verilməsini xahiş etdi. X7 şikayətində göstərmişdir ki, o, 24 avqust 1946-cı ildə Astara rayonun Pensər kəndində anadan olmuşdur. Barəsində tərtib olunmuş 22 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və 05 fevral 2024-cü il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Qeyd etmək istəyir ki, o, Astara rayonun Pensər kəndində ailəsi ilə birlikdə yaşayır. 22 yanvar 2024-cü il tarixdə qarlı hava şəraiti zamanı evinə gedən yolda bitmiş kol qar altında qalaraq sınmış və gediş-gəliş yolunu məhdudlaşdırmışdır. Oda gediş-gəliş yolunda maneə törədən sınmış kolu yoldan təmizləmişdir. Bundan sonra 22 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinin əməkdaşları ona bildirmişlər ki, güya o, meşə fonduna daxil olmayan bir ədəd 10 santimetr diametrində bir metr hündürlükdə olan qaragilə cinsli kolu kəsdiyi üçün təbiətə 80 manat ziyan vurmuşdur. Əvvəllər bu cür vəziyyətlə rastlaşmadığı üçün və Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarının təkidi ilə məcbur qalıb 80 manatı ödəmişdir. Lakin bundan daha sonra, yəni 05 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən barəsində 05 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 manat məbləğində cərimə edilmişdir. Halbuki o, yalnız sınmış kolu yoldan təmizləmişdir. Barəsində tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X4 tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, MN ******* nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur.Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinin MN ******* nömrəli nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinin etdiyi MN ******* nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134. 135-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X6 və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar