Məhkəmə qərarları › İş №3(018)-113/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-113/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-113/2025 04.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X24 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, “X26”Sosial Xidmət Müəssisəsinin direktoru X6, “X26” Sosial Xidmət Müəssisəsinin nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X7 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 3-17-5/2-86441/2024 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərarı ləğv edilməsi barədə “X26” Sosial Xidmət Müəssisəsinin direktoru X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 3-17-5/2-86441/2024 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X26” Sosial Xidmət Müəssisəsinin direktoru X11 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (minbeş yüz) manat cərimə edilmişdir. Məhkəmədə «X26” Sosial Xidmət Müəssisəsinin direktoru X11 bildirdi ki, Astara Ganclər evi sosial xidmət müəssisəsinin işçisi olmuş X3 iş qrafikinə uyğun olaraq 18 oktyabr 2024-cü il tarixində işdə olmuş və əmək müqaviləsina 31 oktyabr 2024-es il tarixində qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmas) sasan xitam veriləcəyi ilə bağlı X26 sosial xidmət müəssisəsinin direktoru, işəgötürən Emil Məmmədzadə tərəfindən xəbərdarlıq yazılı şəkildə tanış olması üçün təqdim edilmişdir. X2 həmin sənədi imzalamaqdan imtina etmişdir. Onun bu sənədi imzalamaması da bağlı müəssisənin metodisti Nazrin Rzazadə, baş mühasib Miraziz Quluzadə və dərnək rəhbəri Nigar Əbilova şahidlik etmiş və bununla bağlı akt tərtib edilmişdir. 31 oktyabr 2024-cü il tarixli 3-19-60/3-1-5-48/2024 nömrəli əmrlə X3 işin qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cimaddəsinin 2-ci hissəsinin "b" bandina (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi ilə bağlı X26 sosial xidmət müəssisəsinin direktoru, işəgötürən Emil Məmmədzadə tərəfindən xəbərdarlıq yazılı şəkildə tanış olması üçün təqdim edilmişdir. 04 noyabr 2014-cn il tarixli 3-17-5/2- 79002/2024 nömrəli X14 Xidmətinin Lankaran-Astara regional şöbəsi tərəfindən onlara ünvanlanan məktuba əsasən X9 ona xəbərdarlıq edilmədən işinə xitam verildiyi ilə bağlı iddia qaldırmışdır.15 noyabr 2024-cü il tarisində X14 Xidmətinin Lənkəran-Astara regionat şöbəsinə gedib bizdən tələb edilən sənədlər təqdim olunmuşdur. X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin raisi Etibar Vəliyev xabardarlığın hökmən poçt vasitəsilə və ya elektron informasiya sisteminə yerləşdirilməsi üzərindən verilməsini demişdir. 18 noyabr 2024-cü il tarixində 3-17-5/2-82513/2014 nömrəli bildirişinə əsasən İnzibati xəta haqqında protukolon tartib edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində sant 12:00-da X14 Xidmətinin Lənkaran-Astara regional şöbəsinə dəvət edilmişlər. 18 noyabr 2024-cü il tarixində 3-19-60/2-29/2024 nömrəli məktub X14 Xidmətinin Lankaran-Astara regional şöbəsinə göndərilmişdir. X1 işdən çıxarılması ilə bağlı bütün əsasları və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə istinad edilərək bütün proseslar izahlı şəkildə yazılmışdır. Şöbə rəisi Etibar Vəliyevə şahidlər tarafindan izahat yazılmış və X14 Xidmətinin Lankaran-Astara regional şöbəsinin əməkdaşı Rasim Rəhimovun-mailadresinə göndərilmişdir. 22 noyabr tarixində İnzibati xəta haqqında MN № ******* nömrəli protokol tartib edilməsi üçün izahat yazılan zaman mana X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin əməkdaşı Rasim Rəhimov tərəfindən izahatın yalnış yazılması (xabardarlıq edilmədən işçi işdən azad edilmişdir) deyilmişdir. Lakin xəbərdarlıq edildiyinə görə o, bunu yazmaqdan imtina etmişdir. 28 noyabr 2024-cü il tarixli 3-17- 5/2-86441/2024 nömrəli X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin məktubuna əsasən şərti qərar tətbiq edilmiş, X3 işəbarpa edilməsi istənilmişdir. O və X26 sosial xidmət müəssisəsinin işçiləri X3 iş performansı, etikası, danışığı və bu kimi bir çox nüanslardan narazı olduğlarına görə onunişə qəbul prosesi aparılmadı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin bitməsinə azı bir həftə qalmış işəgötürən işçiyə bu barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir. Əmək məcəlləsinin 73-cü maddəsində xəbərdarlığın poçt vasitəsi ilə göndərilməyinə aid bir müddə yoxdur. Nəzərə alınmalıdır ki, elektron informasiya sistemində xəbərdarlıq və digər əməliyyatların aparılması qərarı yeni qüvvəyə minmişdir. Bunuda bildirir ki, o, təzyiq altında barəsində olan 1500 manat inzibati cəriməni tam olaraq dövlət nəfinə ödəmişdir. Xahiş edir ki, barəsinə olan inzibati cərimə haqqında protokol ləğv edilsin və inzibati işin icraatına xitam verilsin. Məhkəmədə “X26” Sosial Xidmət Müəssisəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, «X26” Sosial Xidmət Müəssisəsinin direktoru X6 ifadəsində bildirdiyi xüsusatları təsdiq edir. Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran- Astara regional şöbəsinin nümayəndəsi X12 bildirdi ki, ünvan 2 ünvanda yaşayan X17 qizi tərəfindən qanunsuz işdən azad olunması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döviət eηeκ Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsinin ünvanına daxil olmuş müraciətinə baxılmışdırAraşdırma ilə bağlı "X27 Sosial Xidmət Müəssisəsi rəhbərliyinin Ünvanımıza təqdim etdiyi 14 11.2024-cü il tarixli 3-19-60/2-27/2024 nömrəli məktubuna va maktuba əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki "X27 Sosial Xidmət Müəssisəsinin işəgötürəni ilə X10 arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən O xadimə vəzifəsinə qəbul edilmiş və İşəgötürənin 31 10.2024-cü il tarixli 3- 19-60/3-1-5-48/2024 nömrəli əmi ilə A. Habibova ila bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bendine (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xilam vermişdir İşəgötürən A. Həbibovanın əmək müqaviləsinə xitam veren zaman Omak Məcəlləsinin 83-cü maddəsinin 4-ci hissəsinin və 172-ci maddesinin 4-cü hissəsinin tələblərini pozaraq onun son haqq-hesabını əmək müqaviləsinə xitam verilən 31 10.2024-cü larixində deyil, 05 11 2024-cü il tarixində ödəmişdırA Həbibovanın ərmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinin pozulması halı Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdurİşəgötürən A.Həbibovanın əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsini tələblərini pozaraq müqavilə müddətinin bitməsinə azı bir həftə qalmış Ona yazılı formada xəbərdar etmədən əmək müqaviləsinə xitam vermişdirƏmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin əsasən "Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam venilir Müddətli əmək müqaviləsinin müddətininbitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur" X5 15 11 2024-cü il tarixində yazıb X14 Xidmətinin Lənkəran Astara regional şöbəsinə təqdim etdiyi izahatın da göstərilmişdir ki İşəgötürən müddətli əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı Onu qabaqcadan şifahi və ya yazılı qaydada xəbərdar etməmişdir. Əmək Məcəlləsinin 73-cü maddesinin 1-ci hissəsinin və 76-ci maddəsinin 2-ci hissəsinin tələblən pozulmaqla A Həbibovanın əmək müqaviləsinə bu xitam verilməsi halı İnzibati Xətalar Məcəlləsının 192.6-ci maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur Bu halın "X28 Sosial Xidmət Müəssisəsinin direktoru X6 vəzifə funksiyalarına aid olduğunu nəzərə alaraq onun inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə 22 11.2024-cü il tarixində MN ******* nömrəli inzibari xəta haqqında Protokol tərtib edilmiş və A. Həbibovanın 30 (otuz) gün Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 76-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulmaqla A.Habibovanın əmək müqaviləsinə xitam verilməsi halı İnzibati Xətalar Məcəlləsinin 192 6-ci maddesində nəzərdə tutulmuş xataya səbəb olmuşdur. Bu halın "X29 Sosial Xidmət Müəssisəsinin direktoru X6 vəzifə funksiyalarına aid olduğunu nəzərə alaraq onun inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə xx.xx.2024-cü il tarixində MN ******* nömrəli inzibari xəta haqqında Protokol tərtib edilmiş və A Həbibovanın 30 (otuz) gün müddətində işə bərpa olunması məqsədi ilə işəgötürən barəsində 28 11.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmişdir Lakin "X30 Sosial Xidmət Müəssisəsinin işəgötürəni qeyd olunan müddətdə onun tərəfindən törədilmiş hüquqpozmanı aradan qaldırmamış və bu səbəbdən barəsində tərtib edilmiş 28 11 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarda nəzərdə tutulan 1500 (bir min beş yüz) manat məbləğində cərimənin ödənilməsi qüvvəyə minmişdir. Hazırki dövrə qədər həmin cərimə məbləğinin 1500 (bir min beş) manatı tam ödənilmişdir. Hesab edirik ki, X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən "X31 Sosial Xidmət Müəssisəsinin direktoru X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192 6-cı maddəsinə əsasən tərtib edilmiş 28.11 2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar tam qanunidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, «X26” Sosial Xidmət Müəssisəsinin direktoru X11 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran- Astara regional şöbəsi tərəfindən qəbul edilmiş 3-17-5/2-86441/2024 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materialında olan «X26” Sosial Xidmət Müəssisəsinin direktoru X11 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin qəbul etdiyi 3-17-5/2-86441/2024 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, «X26” Sosial Xidmət Müəssisəsinin direktoru X11 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4.- bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. İşin sadalanan hallları əsas götürən məhkəmə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X13 tərəfindən qəbul edilmiş 3-17-5/2-86441/2024 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvi üçün əsaslar mövcud olmadığına görə şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : “X26”Sosial Xidmət Müəssisəsinin direktoru X6 şikayəti təmin edilməsin. “X26”Sosial Xidmət Müəssisəsinin direktoru X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X13 tərəfindən qəbul edilmiş 3-17-5/2-86441/2024 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar