Məhkəmə qərarları › İş №3(018)-1135/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-1135/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-1135/2023 21.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X5 oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1983-ci ildə Astara rayonu, Siyaku kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Siyaku kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında Şəxs 20 dekabr 2023-cü il tarixdə, saat 23:00 radələrində barsidnə olan araşdırma ilə əlaqədar Astara RPŞ-yə dəvət olunmuş, inzibati binanın girişində və xidməti otaqda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 21 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 20 dekabr 2023-cü il tarixdə, saat 23:00 radələrində barəsində DİNnin 102 xidmətinə daxil olmuş məlumat əsasında onu şöbəyə dəvət etmişlər. Həmin vaxt Astara rayon Çayoba kəndində yerləşən “Ümid” restoranında toy şənliyində iştirak etdiyindən yüksək dərəcədə sərxoş vəziyyətdə olmuşdur. Astara RPŞ-nin əməkdaşları ilə şöbəyə gəlmişdir. Həmin zaman spirtli içkinin təsiri altında olduğu üçün polis əməkdaşlarına qarşı aqressiv olmuşdur. Onu polis şöbəsinə dəvət olunmasına etirazını bildirmiş və həmin vaxt əsəbi olduğundan polis əməkdaşları ilə mübahisə emiş, onlara qarşı tabesizlik göstərmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Polis əməkdaşlarından da üzr istəmişdir. Bir daha bu kimi hallara yol verməyəcəkdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X1 vermiş olduğu izahatında göstərdi ki, 20 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində xidmətdə olduğu zaman DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında Astara rayonun Siyaku kənd sakini Şəxs Astara RPŞ-yə gətirmişlər. Şəxs toyda spirtli içki qəbul etdiyindən, yüksək dərəcədə sərxoş olmuşdur. Şöbəyə gəldikdən sonra şöbənin giriş qapısında, eləcədə izahatını alınmasından ötrü xidməti otağında polis əməkdaşlarına eləcədə ona qarşı hörmətsizlik etmişdir. Şəxs ucadan ünvanlı-ünvansız nalayiq söyüşlər söymüşdür. Daha sonra Şəxs tərəflərindən nizam-intizama dəvət edilmişdir. Lakin Şəxs onlara tabesizlik göstərmiş, qanuni tələblərinə tabe olmamışdır. Bir daha Şəxs xəbərdarlıq edilmiş, nizam-intizama dəvət edilmişdir. Bütün bunlara baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmişdir. Buna görə də bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş, onun qeyri-qanuni hərəkətləri sənədləşdirilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara RPŞ-nin İTB-nin rəisi polis kapitanı X2 izahatında göstərdi ki, 20 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində xidmətdə olduğu zaman DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında Astara rayonun Siyaku kənd sakini Şəxs Astara RPŞ-yə gətirmişlər. Şəxs toyda spirtli içki qəbul etdiyindən, yüksək dərəcədə sərxoş olmuşdur. Şöbəyə gəldikdən sonra şöbənin giriş qapısında, eləcədə xidməti otaqların birində olan zaman polis əməkdaşlarına eləcədə ona qarşı hörmətsizlik etmişdir. Şəxs ucadan ünvanlı-ünvansız nalayiq söyüşlər söymüşdür. Şəxs bu hərəkətləri bir-neçə saat davam etmiş və şöbənin iş rejimini pozmuşdur. Daha sonra Şəxs tərəflərindən nizam-intizama dəvət edilmişdir. Lakin Şəxs onlara tabesizlik göstərmiş, qanuni tələblərinə tabe olmamışdır. Bir daha Şəxs xəbərdarlıq edilmiş, nizamintizama dəvət edilmişdir. Bütün bunlara baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Astara RPŞ-nin TŞ-nin operatoru polis serjantı X3 şahid Astara RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X1, Astara RPŞ-nin İTB-nin rəisi polis kapitanı X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı X1 tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs 20 dekabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Astara RPŞ-nin inzibati binasının həyətində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 20 dekabr 2023-cü il tarixli, 261 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti 20 dekabr 2023-cü il tarixdən, saat 23:00-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsn. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar