Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-117/2023 27.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran RMİ-nin rəisi X3 qəbul etdiyi MN ******* nömrəli nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinib 4.000 (dörd min) manat məbləğdə cərimə edilmişdir. X6 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X6 şikayətində göstəmişdi ki, Lənkəran miqrasiya idarəsi onun haqqinda MN Ne0379323 saylı protokol tartib edərək və həmin gündə MN No ******* sayli inzibati tənbeh haqqinda qərar verərək vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə onu təqsirli bilib 4.000 (dörd min) manat məbləğində cərimə etmişdir. Həmin Qarar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Beləki Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində qeyd edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində taqsirli hesab edilən va inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. O, “Astara rayon mərkəzi xəstəxanası" PHŞ-nin direktorudur va onu təmsil etmək va onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli səxsdir va PHS-nin xeyrinə və maraqlarının qorunması üçün hərəkət edərkən və qanuni təmsilçi səlahiyyətlərini həyata keçirərkən Miqrasiya Məcəlləsinin 51-ci maddəsinə əsasən. Rusiya Fedrasiyasi vətəndaşı X1 xəstəxanada hüquqşünas vəzifəsinə işə qəbul edilməsi zamanı sonuncunun iş icazəsinin alınması tələb olunduğu halda, həmin tələbləri pozaraq, yəni, iş icazəsi almayan Cingiz Həsənovla xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlamaqla onu Astara rayon Mərkəzi xəstəxanası PHŞ-də hüquqşünas vəzifəsi üzrə işə götürmüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azarbaycan Respublikasinin İXM-nin 578.1-ci maddəsində qeyd edilir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-Vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi səxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Düzdür vəzifəli şəxs kimi o, qanunun tələblərini pozmuşdur. Lakin bu pozuntuya görə onu və publik hüquqi səxsi inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Yuxarıda qeyd etdiklərini rəhbər tutaraq xahiş edir ki, Lənkəran rayon Miqrasiya idarəsinin 25 yanvar 2023-cü il tarixli MN No0379323 nömrəli potokol va 25 yanvar 2023 tarixli MN No ******* saylı inzibati tənbeh haqqında qararı qanunusuz və əsassız olduğundan həmin qararı lağv edib, inzibati xəta haqqında başlanmış təqibə xitam verilsin. Məhkəmədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X14 bildirdi ki, Astara Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi Şəxsinin (Astara RMX PHS) direktoru. Azərbaycan Respublikası vətəndaşı X7 barəsində əsaslı dəlillər nəticəsində inzibati xətalar məcəlləsinin 578.1-ci maddasilə nəzərdə tutulmuş əməli törətdiyi müəyyən edilmişdir. Nəticədə şəxs barəsində xx.xx.2023-cü il tarixli MN Ns0517122 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və şəxsə 4000(dörd min) manat məbləğdə cərimə tətbiq edilmişdir. Rusiya Federasiyası vətəndaşı Həsənov Çingiz(CHİNGİZ GASANOV pasport Ns 7********) iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azerbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə şəxs barəsində 18 01.2023-cü il tarixli MN No ******* sayı İXMnin 575.1.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 400(dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. X7 tərəfindən əcnəbi şəxsə (Rusiya Federasiyası vetəndaşı Həsənov Çingiz, pasport No 7********) iş icazəsi alınmadan əmək müqaviləsi ilə Astara RMX PHŞ-in hüquqşünası vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb etməklə miqrasiya məcəlləsinin müvafiq maddəsinin tələblərini pozması faktı müəyyən edilmişdir. Eyni zamanda miqrasiya məcəlləsinin 63.5-ci maddəsinə əsasən hüquqi şəxslər. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmak müqaviləsi bağlamalıdırlar. İs icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.Şəxsin özünün azad iradəsi ilə verdiyi izahatdan aydın görünür ki, əcnəbi üçün iş icazəsi almalı olduğu təqdirdə bu icazəni almadan əmək müqaviləsi bağlanılmış və 3 aydan bir yeniləyərək müddəti uzadılmışdır. Rusiya Federasiyası vətəndaşı olan Həsənov Çingizə tutduğu hüquqşünas vəzifəsi müqabilində 850 manat məbləğində əmək haqqı ödənilmişdir. Eyni zamanda 13 fevral 2023-cü il tarixli iş No3(018)-117/2023 nömrəli bildirişdə ünvan 1 ünvanında yaşayan X6 tərəfindən 25 yanvar 2023-cü il tarixli MN No0517122 saylı inzibati tanbeh verma haqqında qərarın ləğv edilməsi barədə yazılı şikayət vermişdir. Şikayətdə Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri natamam və təhrif olunmuş şəkildə şərh edilmişdir. Astara rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında və xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarlar qəbul edilmişdir. Şəxs barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN No ******* saylı inzibati tənbeh vermə haqqında qərar göründüyü kimi Astara rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın icra müddətindən üç ay keçmədən qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınmasını, şikayətin təmin edilməməsini və X6 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN No ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X5 lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran RMİ-nin rəisi X3 qəbul etdiyi MN ******* nömrəli nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, İş materialında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran RMİ-nin rəisi X3 qəbul etdiyi MN ******* nömrəli nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinib 4.000 (dörd min) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanılması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmədə müəyyən edildi ki, Astara rayon prokurorunun böyük köməkçisi Ç.Həsənovun qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə X2 RF-da polis akademiyasında ali təhsil alması, və diplomunun qanunamüvafiq qaydada Azərbaycan Respublikasında tanınmadan saxta yolla Astara rayon Mərkəzi Xəstəxananın PYŞ-də hüquqşünas vəzifəsində işləməsi barədə DTX-nin Astara rayon şöbəsindən daxil olmuş məlumat əsasında aparılan araşdırma nətivəsində cinayət hadisəsi müəyyən edilmədiyindən, toplanmış 173C-22 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilməsi, Astara rayon Mərkəzi Xəstəxananın PHŞ tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan X1 işə cəlb edilməsi ilə əlaqədar PHŞ-nin və PHŞ-nin direktoru Oktay Əmənullayevin əməllərində İXM-nin 578.1-ci maddəsinin əlamətləri olduğundan, həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran RMİ-nin rəisi X3 qəbul etdiyi MN ******* nömrəli nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İXMnin 578.1-ci maddəsi ilə təqsirli bilinib 4.000 (dörd min) manat məbləğdə cərimə edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran RMİ-nin rəisi X3 qəbul etdiyi MN ******* nömrəli nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 şikayətinin təmin olunmamasını qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 76, 84 və 128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Lənkəran RMİ-nin rəisi X3 qəbul etdiyi MN ******* nömrəli nömrəli, 25 yanvar 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-117/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-117/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver