Məhkəmə qərarları › İş №3(018)-119/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-119/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-119/2023 13.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1960-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, Lənkəran şəhəri, Liman kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : EP N ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Lənkəran şəhər sakini Şəxs idarə etdiyi “Kamaz” markalı “90VY658/99ZH456” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş proseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına yüklü müşayət edən “001059-001063” saylı CMR və “481-485” nömrəli İnvoysaya əsasən qarışıq yükü gətirərkən, 31 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində X3 yük maşınları üçün nəzərdə tutulmuş, İdxal yoxlama xəttində Gömrük nəzarəti əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin kabinasında sürücü oturacağı tərəfində sükanın altında olan boşluqda gömrük nəzarətindən gizlədilmiş şəkildə ağ salafona bükülmüş, 2(iki) flakonda hər birində 28 (iyirmi səkkiz) ədəd həb olmaqla üzərində “Ezonium 40” yazılı və 1(bir) flakonda içərisində 30(otuz) həb olmaqla üzərində “Rabezol” yazılmış dərman vasitələri aşkar edilmişdir. Daha sonra isə Şəxs şəxsi yoxlama zamanı üzərində şalvarın bel hissəsində gizlədilmiş şəkildə hər birində 1(bir) ədəd doldurulmuş şpris olmaqla 3(üç) qutu üzərində “İMMUNOHBS 334İU/ml” yazılı dərman vasitələri aşkar edilmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokolu tərtib edən şəxs Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X2 bildirdi ki, Lənkəran şəhər sakini Şəxs idarə etdiyi “Kamaz” markalı “90VY658/99ZH456” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş proseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına yüklü müşayət edən “001059-001063” saylı CMR və “481-485” nömrəli İnvoysaya əsasən qarışıq yükü gətirərkən, 31 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində X3 yük maşınları üçün nəzərdə tutulmuş, İdxal yoxlama xəttində Gömrük nəzarəti əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin kabinasında sürücü oturacağı tərəfində sükanın altında olan boşluqda gömrük nəzarətindən gizlədilmiş şəkildə ağ salafona bükülmüş, 2(iki) flakonda hər birində 28 (iyirmi səkkiz) ədəd həb olmaqla üzərində “Ezonium 40” yazılı və 1(bir) flakonda içərisində 30(otuz) həb olmaqla üzərində “Rabezol” yazılmış dərman vasitələri aşkar edilmişdir. Daha sonra isə Şəxs şəxsi yoxlama zamanı üzərində şalvarın bel hissəsində gizlədilmiş şəkildə hər birində 1(bir) ədəd doldurulmuş şpris olmaqla 3(üç) qutu üzərində “İMMUNOHBS 334İU/ml” yazılı dərman vasitələri aşkar edilmişdir. Məhkəmədə barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına yüklü müşayət edən “001059-001063” saylı CMR və “481-485” nömrəli İnvoysaya əsasən qarışıq yükü gətirərkən, 31 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Kamaz” markalı “90VY658/99ZH456” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasında sürücü oturacağı tərəfində sükanın altında olan boşluqda gömrük nəzarətindən gizlədilmiş şəkildə ağ salafona bükülmüş, 2(iki) flakonda hər birində 28 (iyirmi səkkiz) ədəd həb olmaqla üzərində “Ezonium 40” yazılı və 1(bir) flakonda içərisində 30(otuz) həb olmaqla üzərində “Rabezol” yazılmış dərman vasitələri və hər birində 1(bir) ədəd doldurulmuş şpris olmaqla 3(üç) qutu üzərində “İMMUNOHBS 334İU/ml” yazılı dərman vasitələrinin özünə məxsus olduğunu, onları İran İslam Respublikasının Astara şəhərindəki aptekdən aldığını və Lənkəran şəhərində yaşayan bacısı oğlu Qismət Ağazadə üçün gətirdiyini və şəxsi istifadə məqsədilə bu qədər malın buraxılmadığını bildiyi üçün gizlətdiyini, lakin yükü gömrük orqanına bəyan etdiyini bildirmşdir.Odur ki, həmin dərman vasitələrininin müsadirə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 2 adda dərman vasitələrinin xx.xx.2023-cü il tarixinə orta qiyməti təxminən 290,82 manat müəyyən edilir.”Rabezol 20 mg” 1 ədəd-17,22 manat, “İmmunohbs 334 İU/ml” 1 ədəd 91,2 manat, 3 ədəd- 273,6 manat. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X3 anbarında saxlanılan ağ salafona bükülmüş, 2(iki) flakonda hər birində 28 (iyirmi səkkiz) ədəd həb olmaqla üzərində “Ezonium 40” yazısı olan, 1(bir) flakonda içərisində 30 (otuz) həb olmaqla üzərində “Rabezol” yazısı olan və hər birində 1(bir) ədəd doldurulmuş şpris olmaqla 3(üç) qutu üzərində “İMMUNOHBS 334İU/ml” yazısı olan dərman vasitələri dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar