Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-120/2023 13.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, barəsində inzibati icraat aparılan X4 və tərcüməçi X1 iştirakları ilə, 20 aprel 1974-cü ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayekent rayonu, 1 May kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ali təhsilli, evli, sürücü işləyən, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayekent rayonu, 1 May kəndində yaşayan - X6 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Rusiya Federasiyası vətəndaşı X6 idarə etdiyi “Renault Magnum” markalı, H157EC799/K771205 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük prosedura altında qeydiyyatdan keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına yükü müşaiyət edən “000973” saylı, CMR-ə və “12” nömrəli İnvosya əsasən “Buğda” yükü apararkən, 21 yanvar 2023-cü il tarixdə saat təqribən 03 radələrində “Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş ixrac yoxlama xəttində gömrük əməkdaşları tərəfindən saxlanılmış və həmin nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı X4 idarə etdiyi ““Renault Magnum” markalı, H157EC799/K771205 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında-sürücüyə məxsus tünd boz rəngli çantasının içərisindən 08 (səkkiz) ədəd pnevmatik tapança üçün güllə və 01 (bir) ədəd daraq aşkar edilmişdir ki, bununla da X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan X6 izahatında göstərdi ki, 08 (səkkiz) ədəd pnevmatik tapança üçün güllə və 01 (bir) ədəd daraq ona məxsusdur. Belə ki, o, onları tapança ilə birlikdə Moskva şəhərinin Domodedovo şəhərindən özünü müdafiyə məqsədi ilə almışdır. Tapançanın saxlanılmasına Daxili işlər orqanlarından rəsmi icazəsi olmaqla, həmin tapanca evinin seyfində saxlanıldığını bildirmişdir. 08 (səkkiz) ədəd pnevmatik tapança üçün güllə və 01 (bir) ədəd darağın isə nəqliyyat vasitəsinin kabinəsində olduğunu unutmuş, buna görə də, bu barədə onu saxlayan gömrük əməkdaşına heç bir məlumat verməmişdir. Hazırda əməlindən peşimandır. Maddi imkanı aşağı olduğundan barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə protokol üzrə həmin maddənin sanksiyasında nəzərdə tutlmuş müsadirə tənbehinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli, 3/159-9/604 nömrəli ekspert rəyindən görünür ki, bir ədəd sandıqda zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 09 mm kalibri travmatik patron tutumuna malik olub “İJ-79-9T” modelli travmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, odlu silahın komplekt hissəsi deyil və təyinatı üzrə istifadəyə yararlıdır. 08 ədəd patron zavod üsulu ilə hazırlanmış, 09 mm kalibri olub travmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş travmatik patronlardır. Rusiya istehsalıdır, döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. “İJ-79-9T” modelli travmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş sandıqçanın 21 yanvar 2023-cü il tarixinə olan orta bazar qiyməti 20 (iyirmi) manat; 08 ədəd travmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş travmatik patronun ədədinin 21 yanvar 2023-cü il tarixinə olan orta bazar qiyməti 0,65 (altmış beş) qəpik, 08 ədədinin 05 (beş) manat, 20 (iyirmi) qəpik; Ekspertiza tədqiqatına təqdim edilmiş iki adda əşyaların 21 yanvar 2023-cü il tarixinə olan orta bazar qiyməti ilə ümumi dəyəri 25 (iyirmi beş) manat, 20 (iyirmi) qəpik müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinsin və inzibati xətanın predmeti olan 08 (səkkiz) ədəd travmatik tapança üçün patron və 01 (bir) ədəd sandıqça dövlət nəfinə müsadirə olunsun. İş üzrə maddi sübut olan və X7 inzibati binasında yerləşən hüquqpozma predmetlərinin saxlanılması üçün nəzərdə tutulmuş anbarda saxlanılan 08 (səkkiz) ədəd travmatik tapança üçün patron və 01 (bir) ədəd sandıqça Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinin silah-sursat anbarına təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-120/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-120/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver