Məhkəmə qərarları › İş №3(018)-121/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-121/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-121/2025 30.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: Astara Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Astara rayonu, Qamışovka kəndində yerləşən “Astalanya City” adlı reklam yayıcısı Şəxs MMC tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1 bildridi ki, Astara rayonu, Qamışovka kəndində yerləşən “Astalanya City” adlı reklamların yayıcısı Şəxs MMC tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Belə ki, yazılı göstəriş xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə çatdırılmışdır. xx.xx.2025-ci il tarixdə Şəxs MMC üçün bildiriş tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə çatdırılmışdır. Bu səbəbdən də Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokolu müdafiə edir və Şəxs MMC barəsində qanuna müfaviq tərtib edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X3 Clubs” MMC-nin nümayəndəsi X4 oğlu bildirdi ki, Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsi ilə aralarında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Astalanya City” adlı reklamların yayılması üçün icazələr alınmış, müvafiq ödənişlər tərəflərindən edilmişdir. 01 iyul 2024-cü il tarixdə Şəxs MMC ilə Şahid arasında icarə müqaviləsi bağlanılmış, hazırda Qamışovka ərazisində yerləşən sahə MMC-nin istifadəsində deyil, göndərilən yazılı göstəriş və bildiriş MMC-yə təqdim edilməmiş, bu barədə məlumatlı olmamışlar. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, 01 iyul 2024-cü il tarixdə Şəxs MMC ilə arasında icarə müqaviləsi bağlanılmış və həmin tarixdən Astara rayonu, Qamışovka kəndində yerləşən obyekti o, işlədir. Əlavə olaraq bildirdi ki, onlara Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən hər hansı bir bildiriş gəlməmişdir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq hesab edir ki, hüquqi şəxs «X3 Clubs” MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə başlanmış 3(018)-121/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 iyul 2025-ci il tarixli, 01-24/01 saylı İcarə müqaviləsindən görünür ki, Şahid Şəxs MMC-yə məxsus Qamışovka ərazisində yerləşən sahəni (X7 restoran və sair.obyektləri) 1 il müddətinə icarəyə götürmüşdür. İş materialında olan xx.xx.2025-ci il tarixli, MN1255752 №-li inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, hüquqi şəxs «X3 Clubs” MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Astara rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə, məhkəmə «X3 Clubs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış 3(018)-121/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış 3(018)-121/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar