Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-137/2024 07.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, Astara rayon Mərkəzi Xəstəxanası PHŞ drektoru X2 iştirakı ilə, Astara rayon X5 Hüququ Şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət X3 X1 inzibati tənbehvermə haqqında 08 fevral 2024-cü il tarixli MN0020829 nömrəli qərarından olan şikayətinə inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon X5 Hüququ Şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət X3 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbehvermə haqqında 08 fevral 2024-cü il tarixli MN0020829 nömrəli qərarından 21 fevral 2024-cü il tarixdə Astara Rayon Məhkəməsinə şikayət ərizəsi müraciət edərək, Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh edilməsini göstərib, 08 fevral 2024-cü il tarixli MN0020829 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət ərizəsinə əlavə etdiyi 08 fevral 2024-cü il tarixli MN0020829 nömrəli qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh Astara rayon X5 Hüququ Şəxs deyil Astara rayon Mərkəzi Xəstəxanası PHŞ drektoru Oktay Əmənullayev barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin sanksiyasından məlum olur ki, inzibati tənbeh hüququ şəxs barəsində deyil vəzifəli şəxs barəsində tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə də aydın olur ki, Astara rayon X5 Hüququ Şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət X3 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbehvermə haqqında 08 fevral 2024-cü il tarixli MN0020829 nömrəli qərarından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 08 fevral 2024-cü il tarixli MN0020829 nömrəli qərarından şikayət verməmiş və verilmiş şikayəti imzalamamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə eyni zamanda yuxarıda sadalanan kobud maddi və prosessual qanun pozuntularını onu qəbul etmiş səlahiyyətli orqanın nəzərinə çatdırmaqla, bir daha belə pozuntulara yol verilməməsi, maddi və prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə düzgün tətbiq edilməsinin təmin edilməsini tövsiyyə edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Astara rayon X5 Hüququ Şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət X3 X1 inzibati tənbehvermə haqqında 08 fevral 2024-cü il tarixli MN0020829 nömrəli qərarından vermiş olduğu şikayət, ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-137/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-137/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver