Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-137/2025 18.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Həbibov Elnar Bayram oğlunun katibliyi, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1955-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 18 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6651/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin tələbinə əsasən borclu "xxxx" MMC-dən ümumilikdə 100045 manat alınaraq tələbkar X5 verilməlidir. Məhkəmə iclasında Astara rayon icra və probasiya şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(103)- 737/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə onun barəsində Bakı şəhəri Nərimanov rayon icra şöbəsində icra tədbirləri görülmüş, "xxxx" MMC tərəfindən qətnamədə qeyd olunan zəruri sənədlərin əsas hissəsi tələbkara təqdim olunmuşdur. Təqdim olunmayan sənədlər onlarda olmadığından və əldə olunması mümkün olmadığı üçün verə bilmirlər. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(103)-6651/2016 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə isə bildirir ki, "xxxx" MMC uzun müddətdir ki, yəni 2016-cı ildən fəaliyyətini dayandırmış və hazırda fəaliyyət göstərmir. "xxxx" MMC-nin Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonunda 140708 (bir yüz qırx yeddi yüz səkkiz) manat pul vəsaiti var. Hazırki iş üzrə tələbkar X3 "xxxx" MMC-yə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə 75000 (yetmiş beş min) manat borcu vardır. Məhkəmə qətnaməsinə əsasən 100045 (bir yüz min qırx beş) manat pulu tələbkar X5 "xxxx" MMC ödəməlidir. Həmin borc 2019-cu ildə məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş divident ödənişi ilə bağlı yaranmışdır. Müəssisə isə fəaliyyətini 2016-cı ildə dayandırmışdır. "xxxx" MMC-nin başqa gəliri və əmlakı yoxdur. Yalnız Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonunda 140708 (bir yüz qırx yeddi yüz səkkiz) manat pul vəsaiti vardır. Tələbin həmin pul vəsaiti hesabına ödətdirilməsinin təmin edilməsinə heç bir etirazı yoxdur. O imkanı olmadığı üçün özü tərəfindən həmin məbləği ödəmək iqtidarında deyildir və borcun şəxsən ona aidiyyatı yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxsin müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X7 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6651/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 100.000 (yüz min) manat "xxxx" MMC-dən alınaraq X5, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat Avtouniversal Firması” MMC-dən alınaraq X5 verilməlidir. “İcraata başlama haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6651/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Şəxs tərəfindən Astara rayon icra və probasiya şöbəsinə verilmiş izahatın surətindən görünür ki, o icra sənədindən xəbərdar olmuşdur. İş materiallarında olan arayışlardan görünür ki, hüquqi şəxs "xxxx" MMC xx.xx.2017ci il tarixdə fəaliyyətini dayandırmış, fəaliyyətin və əməliyyatların bərpa olunacağı tarix isə xx.xx.2032-ci il olaraq göstərilmişdir. İş materiallarında olan "xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC-yə məxsus 69925.00 avro məbləğində qalıq vəsait olan kreditor tələbi ləğv prosessində olan "xxxx" ASC-nin mühasibat uçot sənədlərində qeyd olunaraq qəbul edilib, “Banklar haqqında” Qanuna müvafiq olaraq ödənişlər növbəlilik əsasında ödəniləcəkdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, icra sənədi hüquqi şəxsə münasibətdə verilmişdir ki, sözügedən hüquqi şəxs hazırda fəaliyyətini dayandırmış, həmçinin hüquqi şəxsə məxsus əmlak mövcuddur ki, həmin əmlak hesabına icra sənədi icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.n Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-137/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-137/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver