Məhkəmə qərarları › İş №3(018)-139/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-139/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-139/2024 21.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X3 oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1999-cu ildə Rusiya Federasiyası, Orenburq Vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, evli, işləməyən, Astara şəhəri, H.Əliyev prospekti ev 312-də yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 17 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində «VAZ 21063» markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən Astara RPŞ-nin DYPB-nin YPX-nin inspektorları tərəfindən avtomobilin hər iki dövlət qeydiyyat nişanları yerində olmadığından saxlanılmışdır. Araşdırma zamanı Şəxs avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etməsi, avtomobili bamperlərin olmadan idarə etməsi, texniki baxışdan keçirmədən idarə etməsi, avtomobilin icbari sığorta olmadan idarə etdiyinə görə, narkotik vasitələrdən, psixotrop maddələrin təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 17 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində Astara şəhəri, H.Əliyev prospektində idarə etdiyi «VAZ 21063» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili hər iki dövlət qeydiyyat nişanları yerində olmadığına görə Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etməsi, avtomobili bamperlərin olmadan idarə etməsi, texniki baxışdan keçirmədən idarə etməsi, avtomobilin icbari sığorta olmadan idarə etdiyinə görə, narkotik vasitələrdən, psixotrop maddələrin təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Bir daha s narkotik vasitələrdən, psixotrop maddələrin təsiri altında avtomobili idarə etməyəcəkdir. Özünə sürücülük vəsiqəsi alacaqdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 17 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində Astara şəhəri, H.Əliyev prospektində Şəxs idarə etdiyi «VAZ 21063» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili hər iki dövlət qeydiyyat nişanları yerində olmadığından saxlanılmışdır. Araşdırma zamanı Şəxs avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etməsi, avtomobili bamperlərin olmadan idarə etməsi, texniki baxışdan keçirmədən idarə etməsi, avtomobilin icbari sığorta olmadan idarə etdiyinə görə, narkotik vasitələrdən, psixotrop maddələrin təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir. Daha sonra saxlanılaraq barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 şahid Astara RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis kapitanı X1 ilə eyni məzmunlu izahat verdi. İş materillarında olan 17 fevral 2024-cü il tarixli 000253 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində marixuana aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 21 fevral 2024-cü il tarixdən, saat 16:25-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar