Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-142/2025 04.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Astara Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs idarə etdiyi "VAZ 21074" markalı, "10ZZ316" dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60 km sürətlə Astara rayonu Təngərüd kəndindən Pensər kəndi istiqamətində ötmə qaydalarını pozaraq əks istiqamətli zolağa çıxmış, onunla əks istiqamətdə -Maşxan kəndi istəqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs4 Muhəddin oğlunun idarə etdiyi "Mercedes Benz 250" markalı, "90CA495" dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuşdur. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 2023-cü ildə keçirilən antiterror tədbirlərinin iştirakçısıdır. 04 dekabr 2024-cü il tarixdə saat 20 radələrində özünə məxsus "VAZ-21074" markalı "**-ZZ-***" dövlət qeydiyyat nişanlı avtomobilla təxminən saatda 65-70 kilometr sürətlə Astara rayonu Təngərüd kəndinda Pensər kəndi istiqamətində hərəkət edərkən Astara rayonu Telman kəndində yerləşən futbol stadionuna gedirmiş. Həmin vaxt avtomobildə ondan başqa ön oturacaqda sərnişin Zərərçəkmiş şəxs2 və arxa oturacaqda Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 əyləşmişdir. O, tələsdiyi üçün qarşısında olan digər avtomobili ötmək qərarına gəlmiş, lakin uzaq məsafədən qarşı tərəfdən onunla qarşı-qarşıya digər avtomobilin gəldiyini görmüşdür. O, düşünmüş ki, qarşıdan gələn avtomobil gəlib çatmadan ötmə əməliyyatını bitirə bilər, bu səbəbdən də qarşısında onunla eyni istiqamətdə olan avtomobili ötməyə başlamışdır. Yenicə əks istiqamətdə olan zolağa çıxmış ki, qarşı tərəfdən gələn avtomobilin üzərinə gəldiyini görmüş, avtomobillərin toqquşmasının qarşısını almaq üçün əyləci sıxsa da bunun heç bir köməyi olmamışdır, onun idarə etdiyim avtomobillə qarşıdan gələn "Mercedes" markalı avtomobil toqquşmuş, zərbə nəticəsində idarə etdiyi avtomobil yolun sol tərəfində olan su kanalına düşmüşdür. Hadisədən dərhal sonra əraziyə gələn təcili tibbi yardım avtomobili onu və digər sərnişinləri ilkin tibbi yardım göstərilməsi məqsədilə Astara RMX-ya aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə Astara RPŞ-nə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, habelə onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən Astara RPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin sənədlərini tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs idarə etdiyi "VAZ 21074" markalı, "10ZZ316" dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60 km sürətlə Astara rayonu Təngərüd kəndindən Pensər kəndi istiqamətində ötmə qaydalarını pozaraq əks istiqamətli zolağa çıxmış, onunla əks istiqamətdə - Maşxan kəndi istəqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs4 Muhəddin oğlunun idarə etdiyi "Mercedes Benz 250" markalı, "90CA495" dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsi toqquşmuş və nəticədə "VAZ 21074" markalı, "10ZZ316" dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 yüngül, Zərərçəkmiş şəxs1 az ağır, Zərərçəkmiş şəxs3 dərəcəsi təyin olunmayan, sürücü Şəxs dərəcəsi təyin olunmayan xəsarətlər almışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 394 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - sağ körpücük sümüyünün distal ucunun sınığı, sağ bazu nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şaraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs qızının məsuliyyətində ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Şəxs qızının məsuliyyətində yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-142/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-142/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver