Məhkəmə qərarları › İş №3(018)-143/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-143/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-143/2023 28.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : EP N ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Canub Ərazi Bas Gömrük İdaresi "Astara" gömrük postundan daxil olmuş 34/022/000368 nömrəli xx.xx.2023-ci il tarixli raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmisdir ki, İran İslam Respublikasi vatendaşı X2 idarə etdiyi "X6"markali“97AA385/386" dövlet qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Çin Xalq Respublikasının “Yiwu" şəhərində yerləşən "YİWU JİACHENG TRADE CO LTD"sirketinden Azerbaycan Respublikası Bakı şəhərində yerləşən hüquqi şəxs YONT MMC-nin(VÖEN:**********)adına yükü müşaiyət edən sənədlərə əsasən “fəhle əlcəyi” yükü gətirərkən, xx.xx.2023-cü il tarixdə Cənub Ərazi Bas Gömrük İdarəsi "Astara" gömrük postunda saxlanılmış və həmin nəqliyyat vasitəsi postun inzibati ərazisinde yerləşən "HCVG" markalı stasionar rentgen qurğusundan kecirilmisdir. Bu zaman yük avtomobilinin qoşqusunda olan konteynerdə şübhəli cizgilər müşahidə edildiyindən həmin konteynerdə olan yüke xx.xx.2023-ciü il tarixdə gömrük yoxlamasi tətbiq edilmişdir. Yoxlama zamanı yükü müşaiyet edən sənədlərdə - "68343” nömrəli CMR, “E0354"nömrəli invoys,"**********1207" sorğu nömrəli qısa idxal bəyannaməsində göstərilənlərlə qoşquda olan "fəhlə əlcəyi" yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, yükü müşaiyət edən sənədlərdə ümumi sayı 450000 (dörd yüz əlli min) cüt "fəhlə əlcəyi” yükü göstərildiyi halda, faktiki olaraq qoşquda sənədlərdə ümumiyyətlə göstərilməmiş 1 (bir) ədəd göy qara rəngli üzərində "A8 Maxunal Exercise" yazıları olan elektrikli seqvey (Segway 2 təkərli minik vasitəsi) olduğu məlum olmuşdur. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC və Cənub Ərazi Baş Gömrük İdarəsinə lazımi qaydada məlumat verilsə də, Cənub Ərazi Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Cənub Ərazi Baş Gömrük İdarəsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 1(bir) ədəd göy-qara rəngli üzərində “A8 Maxunal Exercis” yazıları olan elektrikli seqveyin (“Segvvay” 2 təkərli minik vasitəsi) təzə vəziyyətdə olması nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 550,00 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta barədə tənbeh edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Şərh edilənləri, iş sənədlərini tam, hərtərəfli və obyektiv araşdıraraq, törədilmiş inzibati xətanı və inzibati xəta törətmiş Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyanın müsadirə edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X3 anbarında saxlanılan 1(bir) ədəd göy-qara rəngli üzərində “A8 Maxunal Exercis” yazıları olan elektrikli seqveyin (“Segvvay” 2 təkərli minik vasitəsi) dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar