Məhkəmə qərarları › İş №3(018)-149/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-149/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-149/2024 11.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, X1 Bakı şəhər DYPİ Yol Patrul xidməti inspektoru Rza-X4 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola xitam verilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Bakı şəhər DYPİ Yol Patrul xidməti inspektoru Rza-X4 əməkdaşı Azər Süleymanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddələrinin tələblərini pozmuşdur. Hal-hazırda X3 şikayət ilə müraciət edərək, Bakı şəhər DYPİ Yol Patrul xidməti inspektoru Rza-X4 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola xitam vrilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 məhkəməyə ünvanladığı şıkayət ərizəsində göstərmişdir ki, barəsində tərtib olunmuş 22 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə ilə inzibati qaydada tənbeh edilmişdir. Halbuki onun heç bir təqsiri olmamışdır. Belə ki, 22 fevral 2024-cü il tarixdə, Başı şəhəri, Qara Qarayev prospekti ilə səhər saatlarında idarə etdiyi Vaz 21213 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Bakı şəhər DYPİ Yol Patrul xidməti əməkdaşı onu saxlamış və işıqforun qırmızı işığında keçdiyini bildirmiş, o, isə öz növbəsində ona işıqforun qırmızı işığında keçmədiyimi bildirmişdir. Lakin heç bir səbəb olmadan Yol Patrul xidməti əməkdaşı Təbriz Rza-Zadə barəsində protokol tərtib etmiş və protokolun surəti ona təqdim etmişdir. Lakin buna baxmayaraq barəsində qərar qəbul edilməmişdir. Bakı şəhər DYPİ Yol Patrul xidməti inspektoru Rza-X6 tərəfindən qəbul edilmiş edilmiş 22 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola xitam vrilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı barədə X2 və Bakı şəhər DYPİ-nə məlumat verilsə də, X3 və Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə X1 və Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Bakı şəhər DYPİ Yol Patrul xidməti inspektoru Rza-X4 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola xitam verilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə ancaq inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 Bakı şəhər DYPİ Yol Patrul xidməti inspektoru Rza-X6 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola xitam verilməsi barədə şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X1 Bakı şəhər DYPİ Yol Patrul xidməti inspektoru Rza-X6 inzibati xəta haqqında xx.xx.2024cü il tarixli, İXP ******* saylı protokola xitam verilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar