Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-15/2025 13.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 15 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 qəbul etdiyi MN ******* nömrəli, 15 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğdə cərimə edilmişdir. X5 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, 15 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Rafiq Quliyev tərəfindən barəsində 31 oktyabr 2024-cü il tarixli, MN2113197 saylı protokol tərtib edilmişdir. Protokol ona görə tərtib edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "Atmosfer" restoranının tüstü bacasında təmizləyici qurğu quraşdırılmadan fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsima xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 237.1-ci maddəsı ilə 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarı xx.xx.2024-cü il tarixində rəsmi qaydada almışdır. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İşə baxılmasının yeri və vaxtı barədə X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinə məlumat verilsə də X4 və Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X7 və Təbii Sərvətlər idarəsinin MN ******* nömrəli nömrəli, 15 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X7 və Təbii Sərvətlər idarəsinin etdiyi MN ******* nömrəli, 15 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X7 və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 15 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134. 135-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X7 və Təbii Sərvətlər idarəsinin rəisi X9 tərəfindən qəbul olunmuş MN ******* nömrəli, 15 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-15/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-15/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver