Məhkəmə qərarları › İş №3(018)-154/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-154/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-154/2025 26.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə Astara rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Astara rayon İcra və Probasiya Şöbəsi tərəfindən İXM-nin 528.1 və 529.2-ci maddələri ilə 26 fevral 2025-ci il tarixli MN 22321557 saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində eyni orqan tərəfindən tərtib olunaraq, baxılması üçün eyni vaxtda, 26 fevral 2025-ci il tarixdə Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətalarla bağlı onun barəsində eyni vaxtda, 26 fevral 2025-ci il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan 26 fevral 2025-ci il il tarixli, MN seriyalı 22321557 nömrəli və İXM-nin 529.2-ci maddəsi ilə olan 26 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(018)-154/2025 nömrəli və 3(018)-155/2025 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(018)-155/2025 nömrəsi saxlanılsın. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar