Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-155/2025 26.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Protokol tərtib edən şəxs Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Astara rayonu Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2 və 528.1-ci maddələri ilə Astara rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiallara Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə 26 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 26 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, tərəfindən Şəxs Astara Rayon Məhkəməsinin 3(018)-540/2023 saylı, 22 iyun 2023-cü il tarixli icra sənədinin icrasından yayınmaqla dövlət büdcəsinə ödəməli olduğu 500 manat məbləğinə pulu ödəməmişdir. Bundan başqa Astara rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 26 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 26 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokoldan görünür ki, tərəfindən Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-212/2022 saylı, 26 may 2022-ci il tarixli icra sənədinin icrasından yayınmaqla tələbkar X3 100428 manat 79 qəpik məbləğində borcu vardır. Belə ki, Astara Rayon Məhkəməsinin 2(018)-212/2022 saylı, 26 may 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 100000 (bir yüz min) manat pul və ödənilmiş 491 (dörd yüz doxsan bir) manat, 80 (səksən) qəpik dövlət rüsumunun 400 (dörd yüz) manat hissəsi alınıb, iddiaçı X3 verilməsi qət edilmişdir. Bundan başqa Astara Rayon Məhkəməsinin 2(018)-404/2023 saylı, 13 aprel 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3103 manat 30 qəpik tutularaq tələbkar “X4” ASC-nin hesabına verilməsi qət edilmişdir. Bundan başqa Astara Rayon Məhkəməsinin 2(018)-840/2023 saylı, 08 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 778 manat 49 qəpik tutularaq tələbkar QSC “Bank Standard” Kommersiya Bankına (Ləğv prosesində) verilməsi qət edilmişdir. Borclu icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Astara Rayon Məhkəməsinin 3(018)-154/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərardadına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan 26 fevral 2025-ci il il tarixli, MN seriyalı, 22321557 nömrəli və İXM-nin 529.2-ci maddəsi ilə olan 26 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(018)- 154/2025 nömrəli və 3(018)-155/2025 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılması qərara alınmış, birləşdirilmiş işdə 3(018)-155/2025 nömrəsi saxlanılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən borc məbləğindən ödəniş edilmir. Qərəzli şəkildə borcun ödənilməsindən yayınır. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmir. Hal-hazırda imkanı olmadığı üçün borclarını ödəyə bilmir. Törətdiyi əməllərdən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Astara Rayon Məhkəməsinin 3(018)-540/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib 500 (beş) yüz manat məbləğində cərimə edilmişdir. İcraata başlamaq haqqında 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 3(018)-540/2023 saylı, 22 iyun 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsinin 3(018)-540/2023 saylı, 22 iyun 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 100000 (bir yüz min) manat pul və ödənilmiş 491 (dörd yüz doxsan bir) manat, 80 (səksən) qəpik dövlət rüsumunun 400 (dörd yüz) manat hissəsi alınıb, iddiaçı X3 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 3(018)-212/2022 saylı, 26 may 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsinin 3(018)-404/2023 saylı, 13 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3103 manat 30 qəpik tutularaq tələbkar “X4” ASC-nin hesabına verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 3(018)-404/2023 saylı, 13 aprel 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Astara Rayon Məhkəməsinin 3(018)-840/2023 saylı, 08 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Şəxs 778 manat 49 qəpik tutularaq tələbkar QSC “Bank Standard” Kommersiya Bankına (Ləğv prosesində) verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsinin 3(018)-840/2023 saylı, 08 avqust 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs verdiyi izahatlarından görünür ki, o, həmin izahatında icra sənədlərindən xəbərdar olduğunu, maddi imkanı olmadığından ödəniş edə bilmədiyini bildirmişdir. Borclunun axtarılması haqqında qərarların surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən bu vaxta qədər 3 ilə yaxın bir müddət keçmiş, qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-cı maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar etmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 528.1 və 529.2-ci maddələri ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alıb onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 fevral 2025-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-155/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-155/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver