Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-156/2023 20.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəis müavini X2, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə İran İslam Respublikasının Urmiyə şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, sürücü işləyən, orta təhsilli, evli, İran İslam Respublikasının Urmiyə şəhəri Müdərris xiyabanı 40 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : EP N ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, lran İslam Respublikasi vətəndas Şəxs idarə etdiyi “Scania" markalı “CC146DC/WW381N"dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “4702" saylı CMR-ə və “B1224"nömrəli İnvoysa esasən Azərbaycan Respublikasi ərazisindən tranzit kecməklə lran lslam Respublikasından Gürcüstan Respublikasına “dəmir” yükü apararkən,xx.xx.2023-cü il tarixdə, saat təqribən 15 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara" gömrük postunun yük maşınları üçün nəzərdə tutulmus idxal yoxlama xəttində gömrük əməkdaşları tərəfindən saxlanılmış və həmin nəqliyyat vasitəsinə sərhəd naryadı iləbirlikdə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamani Şəxsn idara etdiyi "Scania" markalı “CC146DC/WW381N” dövlət qeydiyyat nişanlı yük nəaliyyat vasitəsinin kabinəsində-sürücü və sərnişin oturacağının arxa hissəsində olan yatağın altında gömrük nəzarətindən gizlədilmiş formada siqaretlər aşkar edilmisdir. Sonra həmin siqaretlər oradan çıxarılmış, baxılmış, sayılmış və hər blokda 10 (on) qutu olmaqla,10 (on) blokda aksiz markası ilə markalanmamış, ümumilikdə 100 (yüz) qutu “Megan" markalı filterli siqaret olduğu məlum olmuşdur.Gömrük yoxlamasi basa catdiqdan sonra İran İslam Respublikası vətəndasıŞəxs idarə etdiyi “Scania" markalı “CC146DCMW381N" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş siqaretlər araşdırma məqsədilə götürülmüşdür. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokolu tərtib edən şəxs Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəis müavini X4 bildirdi ki, lran İslam Respublikasi vətəndas Şəxs idarə etdiyi “Scania" markalı “CC146DC/WW381N"dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “4702" saylı CMR-ə və “B1224"nömrəli İnvoysa esasən Azərbaycan Respublikasi ərazisindən tranzit kecməklə lran lslam Respublikasından Gürcüstan Respublikasına “dəmir” yükü apararkən,xx.xx.2023-cü il tarixdə, saat təqribən 15 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara" gömrük postunun yük maşınları üçün nəzərdə tutulmus idxal yoxlama xəttində gömrük əməkdaşları tərəfindən saxlanılmış və həmin nəqliyyat vasitəsinə sərhəd naryadı iləbirlikdə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamani Şəxsn idara etdiyi "Scania" markalı “CC146DC/WW381N”dövlət qeydiyyat nişanlı yük nəaliyyat vasitəsinin kabinəsində-sürücü və sərnişin oturacağının arxa hissəsində olan yatağın altında gömrük nəzarətindən gizlədilmiş formada siqaretlər aşkar edilmiş və protokollaşdırılmışdır. Məhkəmədə barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, həmin siqaretləri özünün istifadəsi üçün əldə etmişdir. Hazırda özünü təqsirli bilir və gətirdiyi siqaretin qanunsuz olduğundan xəbərsiz olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş nümunə əsasında 1 qutu, aksiz markası olmayan “Megan” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 626) İran İslam Respublikası istehsalı olan filtirli siqaretlərin xx.xx.2023-cü il tarixə 1 qutunun orta bazar qiyməti təxminən 2, 00 manat, 100 qutunun qiyməti isə 200 00 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X7 anbarında saxlanılan hər blokda 10 (on) qutu olmaqla,10 (on) blokda aksiz markası ilə markalanmamış, ümumilikdə 100 (yüz) qutu “Megan" markalı filterli siqaret vasitələri dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-156/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-156/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver