Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-158/2024 29.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, 13 avqust 1995-ci ildə Astara rayonu, Siyəkü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də işləyən, Astara rayonu, Siyəkü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 130, mənzil 28-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 29 fevral 2024-cü il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Astara rayon Məhkəməsinin 2(018)-1426/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsinə və icra sənədinə əsasən Şəxs cəmi 6586 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Yuxarıda qeyd edilən icra sənədi üzrə Şəxs tərəfindən heç bir ödəniş edilməmişdir. Qeyd edilən icra sənədləri icraya yönəldilsə də, borclu Şəxs məhkəmə əmrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Baş vermiş inzibati xətahadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, o, Astara rayonu, Siyəkü kəndində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri Binə qəsəbəsində yaşamaqla günəmuzd işləməklə ailəsini dolandırır. Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 130, mənzil 28-də yaşamasına görə onun Astara rayon Məhkəməsinin 2(018)-1426/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən heç bir məlumatı olmamışdır. Həmçinin eyni səbəbdən qeyd edilən icra sənədləri üzrə Astara rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarlarından və bildirişlərindən bu gün, 29 fevral 2024-cü il tarixdə məlumatı olmuşdur. Astara rayon İcra və probasiya şöbəsində ilk dəfə olaraq bu gün izahat vermişdir. O, həmin icra sənədlərini icra etməkdən boyun qaqçırtmır, vaxtında icra edəcəkdir. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati işə xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Astara rayon Məhkəməsinin 2(018)-1426/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsi və icra sənədi 07 yanvar 2024-ci il tarixdə ə Astara rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin vaxtdan borclu Şəxs icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlər göndərilmişdir. Borclu Şəxs həmin sənədləri almasına dair rəsmi sənəd olmasa da onun həmin icra sənədlərindən məlumatı olmuşdur. Hesab edir ki, borclu Şəxs məhkəmə qətnaməslərinin icrasından qəsdən boyun qaçırır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, proses iştirakçılarınınizahatlarını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Şəxs Bakı şəhərində yaşayıb, işləməsinə görə Astara rayon Məhkəməsinin 2(018)-1426/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən heç bir məlumatı olmamışdır. Həmçinin eyni səbəbdən qeyd edilən icra sənədləri üzrə Astara rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarlarından və bildirişlərindən bu gün, 29 fevral 2024-cü il tarixdə məlumatı olmuşdur. Astara rayon İcra və probasiya şöbəsində ilk dəfə olaraq bu gün, 29 fevral 2024-cü il tarixdə izahat vermişdir. O, məhkəmə iclasında göstərdi ki, qeyd edilən icra sənədlərini vaxtında icra edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş materiallarında hər-hansı bir sübut yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasənbarəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsindəşübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinəəsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-158/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-158/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver