Məhkəmə qərarları › İş №3(018)-159/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-159/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-159/2024 29.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Astara rayonu Sərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu Sərək kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Borclu Şəxs, Astara rayon Notariat Kontorunun 2635 saylı, 09 iyun 2022-ci il tarixli icra sənədinə əsasən cəmi 1067,32 manat məbləğində pul alınıb, tələbkar KapitalBank ASC-nin hesabına, Astara rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(018)-624/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 728,41 manat məbləğində pul alınıb, tələbkar X3 ASC-nin hesabına və Astara rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(018)-717/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 175 manat məbləğində pul alınıb, tələbkar ABC-Telekom MMC-nin hesabına ödənilməli olduğu halda ödənilməmişdir. Məhkəmə qətnamələri qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, ondan Astara rayon Notariat Kontorunun 2635 saylı, 09 iyun 2022ci il tarixli icra sənədinə əsasən cəmi 1067,32 manat məbləğində pul alınıb, tələbkar KapitalBank ASC-nin hesabına, Astara rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(018)-624/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 728,41 manat məbləğində pul alınıb, tələbkar X3 ASC-nin hesabına və Astara rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(018)-717/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 175 manat məbləğində pul alınıb, tələbkar ABC-Telekom MMC-nin hesabına ödənilməlidir. Maddi çətinlik ucbatından, qeyd edilən icra vərəqəsi üzrə borcunu ödəyə bilmir. Halhazırda yaranmış olan borclarını birdəfəyə imkanı olmadığı üçün ödəyə bilməz. Vaxt verilərsə hissə-hissə borclarını ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Borclu Şəxs, Astara rayon Notariat Kontorunun 2635 saylı, 09 iyun 2022-ci il tarixli icra sənədinə əsasən cəmi 1067,32 manat məbləğində pul alınıb, tələbkar KapitalBank ASC-nin hesabına, Astara rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(018)-624/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 728,41 manat məbləğində pul alınıb, tələbkar X3 ASC-nin hesabına və Astara rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(018)-717/2023 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən cəmi 175 manat məbləğində pul alınıb, tələbkar ABC-Telekom MMC-nin hesabına ödənilməli olduğu halda ödənilməmişdir. Qeyd edilən icra sənədləri şöbəyə daxil olduqdan sonra vaxtında borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və rəsmi xəbərdarlıqlar göndərilmişdir. Borclu Şəxs heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnamələrinin icrasından qəsdən boyun qaçırmaqla qeyd edilən icra sənədləri üzrə borcunu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İnzibati materiala əlavə edilmiş Astara rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(018)-624/2023 saylı qətnaməsindən məlum olur ki, borclu Şəxs cəmi 728,41 manat məbləğində pul alınıb, tələbkar X3 ASC-nin hesabına ödənilməlidir. İnzibati materiala əlavə edilmiş Astara rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(018)-717/2023 saylı qətnaməsindən məlum olur ki, borclu Şəxs cəmi 175 manat məbləğində pul alınıb, tələbkar ABC-Telekom MMC-nin hesabına ödənilməlidir. İş materillarında olan sənədlərin məzmunundan görünür ki, məhkəmə qətnaməsinin icra olunması məqsədilə borcluya “tələbin könüllü icrası haqqında” bildiriş, daha sonra rəsmi xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin qeyd olunan digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə ...görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 29 fevral 2024-cü il tarixdən, saat 17:55-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar