Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-159/2025 26.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Qərardan şikayət vermiş X5, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X1 səlahiyyətli nümayəndəsi X6 iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X1 rəisi Etibar Vəliyevin xx.xx.2024-cü il tarixli MN1613815 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətə Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətin X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1613815 nömrəli Qərarın ləğv edilməsi haqqında Astara Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X14 Xidmətinin X4 tərəfindən barəsində İXM-in 192.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN2121649 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. DƏMX-nin X4 tərəfindən İXM-in 192.4-cü maddəsi xx.xx.2024-cü il tarixli, MN1613815 nömrəli nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərar 30.10.204-cü il tarixində Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə göndərilmiş, onun tərəfindən qəbul edilmişdir. DƏMX-nin X4 tərəfindən barəsində inzibati xəta haqqında qərar qəbul edilməsini aşağıda qeyd etdiklərinə əsasən qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli fərmanının 5.4-cü bəndinə əsasən 191.2-ci, 192.1-192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199- 203-cü, 205-1.1-ci, 469.2-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1-ci, 539, 540.1-ci, 540.2-ci, 540.3-cü, 540.4-cü, 556-cı və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Yəni X14 Xidmətinin X4 deyil. Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də işləmiş X2 haqq hesabının verilməməsidir. X10 ilə əlaqə saxlanılaraq sənədlərini gəlib götürməsini bildirsələr də bəhanə edərək sənədlərini gəlib götürməyib. Tərəflərindən sənədlər göndərilmişdir və sənədləri qəbul etmişdir. Əmək qanunvericiliyə əsasən işçinin son iş günü sənədlərini götürmək həm vəzifəsi həm hüququdur, işəgötürənin isə işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə vermək vəzifəsidir. Lakin işçi qəsdən sənədlərini götürməkdən yayınmışdır. X14 Xidmətinin X4 araşdırma aparmadan yalnız formal olaraq barəsində qərar qəbul etmişdir. Qərarın qanunsuz olduğuna görə qərarı məhkəmədə mübahisələnirmək qərarına gəlmişdir. Göstərilən əsaslara görə, X14 Xidmətinin X4 tərəfindən onun barəsində inzibati tənbeh vermə haqqında ******* saylı xx.xx.2020-ci il tarixli qərar qanuni hesab edilə bilməz, ona görə də həmin qərar və bu qərar əsasında verilmiş nəticələr ləğv edilməlidir. Şikayətinin təmin olunması, barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN1613815 nömrəli qərarın ləğv edilərək inzibati tənbeh vermə haqqında işə xitam verilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 3(018)-953/2024 saylı qərarına əsasən, X5 şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X1 rəisi Etibar Vəliyevin inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 3(018)-953/2024 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X1 rəisi Etibar Vəliyev tərəfindən şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-8/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərarına əsasən, şikayətin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 3(018)- 953/2024 saylı qərarının ləğv olunaraq, X5 şikayətinə yenidən baxılması üçün materialların Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında X8 şikayətin məzmununa uyğun izahat verib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X1 barəsində inzibati qərar qəbul etmək səlahiyyətinin olmamasını, həmçinin işçinin işdən çıxarıldığı gün son haqq-hesabın ödənilməməsini internet şəbəkəsində baş vermiş xəta ilə bağlı olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X1 səlahiyyətli nümayəndəsi X9 bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli fərmanının 5.4-cü bəndinə əsasən 191.2-ci, 192.1-192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199- 203-cü, 205-1.1-ci, 469.2-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 477-2.1-ci, 539, 540.1-ci, 540.2-ci, 540.3-cü, 540.4-cü, 556-cı və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti haqqında Əsasnamənin 3.1.10-cu bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq X14 Xidmətinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmçinin, internet şəbəkəsində yaranmış problem məhkəmə iclasında da, aydın olduğu kimi 13 avqustda aradan qaldırılmışdır, lakin ödəniş 14 avqust 2024-cü il tarixdə ödənilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X11 bildirmişdir ki, Astara rayon Mərkəzi Xəstəxanasında İT üzrə mütəxəssis işləyir. 10 avqust 2024-cü il tarixdə internet şəbəkəsində problem yaranmış, həmin problem xx.xx.2024-cü il tarixdə aradan qaldırılmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X1 rəisi Etibar Vəliyevin xx.xx.2024-cü il tarixli MN1613815 nömrəli inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X14 Xidməti X1 rəsi X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* seriyalı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq X7 əmək müqaviləsinə xitam verərkən onun son haqqhesabını işdən çıxdığı gün ödəmədiyindən, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilən internet şəbəkədə baş verən nasazlıqların qeydiyyatını əks etdirən və şikayət verən şəxs tərəfindən təqdim edilən dəftərdən görünür ki, həmin dəftərdə müəyyən tarixlərdə şəbəkədə baş verən nasazlıqlar öz əksini tapmış, həmçinin 10 avqust 2024-cü il tarixdə nasazlıq baş verdiyi və baş verən nasazlığın 13 avqust 2024-cü il tarixdə 16:40-da aradan qaldırıldığı qeyd edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X8 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti haqqında Əsasnamənin 3.1.10-cu bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq X14 Xidmətinin vəzifəsi kimi müəyyən edilmişdir. Hazırkı halda məhkəmə hesab edir ki, vəzifəli şəxs X8 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz vəzifəli şəxs X8 tərəfindən törədilmişdir. Belə ki, işçiyə son haqq-hesab qanun pozuntularına yol verilməklə, yəni işdən çıxdığı gün (sonuncu iş günü) ödənilməli olduğu halda (12 avqust 2024-cü il tarixdə əmək müqaviləsinə verilmişdir) xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Şikayət edən şikayətini ilk öncə qərarın səalhiyyəti olmayan orqan tərəfindən qəbul edilməsini, daha sonra isə son haqq-hesabın ödənilməsini işəgötürəndən asılı olmayan səbəblərdən vaxtında ödənilmədiyini əsas gətirmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, ilk öncə qanunvericiliyə müqavafiq olaraq İXM-in 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalarla bağlı inzibati tənbeh verilmə haqqında qərar qəbul etmək səlahiyyəti X14 Xidmətinin vəzifəsidir. Həmin qərarın X14 tərəfindən qəbul edilməsində qanun pozuntusuna yol verilməmiş, Şirvan Apellyasiya Məhkəməsi də məhz bu səbəbdən X14 Xidmətinin şikayətini qismən təmin etmişdir. İşəgötürən tərəfindən son haqq-hesabın ödənilməsinin işəgötürəndən asılı olmayan səbəblərdən vaxtında ödənilmədiyinə münasibətdə isə məhkəmə bunu inzibati tənbeh tədbirinin tətbiqindən yayınmağa cəhd kimi qiymətləndirir. Belə ki, şikayətçi tərəfindən qərardan şikayət verilərkən bu hallara toxunulmamış, yalnız iş apellyasiya məhkəməsinin icraatında olarkən belə bir iddia irəli sürülmüşdür. Məhkəmə dindidirilmiş şahidin ifadəsinə və təqdim edilmiş dəftərə şübhə ilə yanaşır. Hazırda məhkəmə araşdırması zamanı təqdim edilən dəftər şahid qismində dindirilmiş işçi tərəfindən əl ilə yazılmış, Astara rayon Mərkəzi Xəstəxanası tərəfindən Kargüzarlıq haqqında Təlimata uyğun olmayan şəkildə hazırlanmış, doğruluğu şübhə doğuran, özünümüdafiə vasitəsi kimi qiymətləndirilməlidir. Həmçinin, hətta həmin dəftər və şahidin dedikləri doğru kimi qəbul edilsə belə, şahidin ifadəsindən və dəftərdən görünür ki, 10 avqust 2024-cü il tarixdə şəbəkədə yaranmış xəta 13 avqust 2024-cü il tarixdə 16:40-da aradan qaldırılmışdır ki, artıq şikayət verənin iddiasına görə ondan asılı olmayan hallar həmin anda aradan qalxmış olmalı və son haqq-hesab ödənilməli idi. Qeyd olunanlara əsasən məhkəmə sözügedən inzibati xətanın X8 tərəfindən törədildiyini sübuta yetirilmiş hesab edir. Burada, xüsusilə nəzərə alınmalıdır ki, inzibati qaydada tənbeh edilmiş X3 haqq hesabın gec ödənilməsini etiraf edir, lakin onun irəli sürdüyü dəlillər işin icraatını istisna edən, inzibati tənbeh tətbiq olunmasına dair qərarın ləğvinə əsas verən hallar kimi qəbul edilə bilməz, bunun üçün hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, X8 barəsində 700 manat inzibati cərimə maddənin sanksiyası həddində olmaqla həmin vəzifəli şəxsin bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X5 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir, Odur ki, X5 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X1 rəisi Etibar Vəliyevin xx.xx.2024-cü il tarixli MN1613815 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-159/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-159/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver