Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-16/2024 18.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1986-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara şəhəri Ə.Muxtarov küçəsi döngə 01, ev 09-də qeydiyyatda olan və yaşayan X3 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 Gömrük İdarəsi, Rəsmiləşdirmə_ Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-005411/2023 sayli raportun icrasi ilə əlaqədar tərəfimdən arasdirma aparılaraq müəyyən edilmişdir ki, İran İslam Respublikasi Astara şəhərində yerləsən "X8 Astara" şirkətindən Azərbaycan Respublikasi Astara rayon sakini fiziki səxs qismində sahibkarlıq fəaliyyəti_ilə_məşğul_olan_Talibova Xəyalə Üzeyir qızınınn (VÖEN:**********) adına lran_lslam Respublikasının vətəndası X9 Ebrahimə məxsus 93AA485/486 dövlət qeydiyyat nişanlı yük maşını ilə göndərilmis xx.xx.2023-ci il tarixdə Astara Gömrük ldarəsinə daxil olmuş “Dekorativ_istifadə üçün nəzərdə tutulmuş tüllər, şamlar, süni qar köpüyü, uşaqlar üçün kicildilmiş ölçülü oyuncaglar və uşaqlar üçün manejlər” adlı yüklərə yoxlama tətbiq edilmişdir. Yoxlama zamani həmin yükə dair sənədlər, o cümlədən “**********9642” sorğu nömrəli gömrük bəyannaməsinda göstərilmiş yüklərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı "**********9642" sorğu nömrəli bəyannamənin 2-ci mal mövqeyində ümumi miqdari 117(yüz on yeddi) qutu_ “şamlar, nazik mum şamları və anoloji məmulatlar" adli yükünün arasında bəyannaməyə uyğun olmayan 30 qutu, hər qutuda 60 bağlamada uzunluqları 20 sm olan ümumilikdə_10782 (on min yeddi yüz səksən iki) ədəd_ üzərində "6Golden Candle Celebrate" yazısı olan alısqanlı şama bənzər mallar aşkar edilmişdir.Gömrük yoxlamasi basa çatdıqdan sonra müvafiq sənədləşmə aparılmaqla, yükü müşaiyət edən sənədlərdə mövcud bəyannaməyə uyğun olmayan 30 qutu, hər qutuda 60 bağlamada uzunluqları 20 sm olan ümumilikdə 10782 (on min yeddi yüz səksən iki) ədəd üzərində "6Golden Candle Celebrate"yazısı olan alışqanlı şama bənzər mallar hüquqpozma predmeti kimi saxlanılmış, yükə dair sənədlər götürülməklə, həmin yük Astara Gömrük İdarəsinin inzibati binasinda yerləsən hüquqpozma predmetlərinin saxlandığı otağa yerləşdirilmişdir. Bununla da X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 yanvar 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 04 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, X2 aşkar edilərək götürülmüş 30 qutu, hər qutuda 60 bağlamada uzunluqları 20 sm olan ümumilikdə 10782 (on min yeddi yüz səksən iki) ədəd üzərində "6Golden Candle Celebrate"yazısı olan alışqanlı şama bənzər mallar gömrük postunun anbarına müvəqqəti saxlanca verilmişdir. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli 9/9380-3/2103 №-li ekspertiza rəyindən görünür ki, X4 göndərilmiş aşkar edilərək götürülmüş üzərində 30 qutu, hər qutuda 60 bağlamada uzunluqları 20 sm olan ümumilikdə 10782 (on min yeddi yüz səksən iki) ədəd üzərində "6Golden Candle Celebrate"yazısı olan alışqanlı şama bənzər malların dəyəri 3773 (üç min üç yüz yetmiş üç) manat, 70 (yetmiş) qəpik təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda – inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan və Astara Gömrük postunun inzibati binasında yerləşən anbarda saxlanılan 30 qutu, hər qutuda 60 bağlamada uzunluqları 20 sm olan ümumilikdə 10782 (on min yeddi yüz səksən iki) ədəd üzərində "6Golden Candle Celebrate"yazısı olan alışqanlı şama bənzər mallarrın dəyərini təşkil edən 3773 (üç min üç yüz yetmiş üç) manat, 70 (yetmiş) qəpik məbləğində pulun 30 (otuz) faizi miqdarında, yəni 1132 (bir min bir yüz otuz iki) manat, 21 (iyirmi bir) qəpik məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-16/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-16/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver