Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-17/2023 11.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələri ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00–da İran İslam Respublikası vətəndaşı X2 Farid adlı şəxsi aldadaraq 20 (iyirmi) manat məbləğdə pulunu ələ keçirmişdir. Şəxs narkotik vasitə “opium” istaehlak etmiş, xx.xx.2022-ci il tarixdə saat 19:40 radələrində müayinə olunaraq onun sidiyindən narkotik vasitə “opium” aşkar edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara RPŞ tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-17/2023 nömrəli iş bir icraatda 3(018)-18/2023 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması ücün 3(018)-17/2023 nömrəli iş bir icraatda 3(018)-18/2023 nömrə ilə birləşdirilsin. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-17/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-17/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver