Məhkəmə qərarları › İş №3(018)-174/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-174/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-174/2025 04.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş X5 sahə rəisi Anar Mahmudov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Astara rayon, Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Astara rayon, Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində X5 sahə rəisi Anar Mahmudov tərəfindən 04 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli və 04 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 13 dekabr 2024-cü il tarixdə saat 09 radələrində Astara rayonu, Təngərüd kəndində X2 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan MN ******* protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Astara rayonu, Təngərüd kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X5 sahə rəisi Anar Mahmudov məhkəmə iclasında tərtib edilmiş protokolları müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 13 dekabr 2024-cü il tarixdə saat 09 radələrində Astara rayonu, Təngərüd kəndində yaşadığı evdə həyat yoldaşı X2 döymüşdür. Bununla bağlı şöbədə müvafiq araşdırmalar aparılmışdır. Şəxs ilə X4 arasında tez-tez ailə münaqişəsi yaşanır. 04 mart 2025-ci il tarixdə saat 03 radələrində Şəxs DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında Şəxs yaşadığı ünvanda olmuşlar, bu zaman Şəxs izahatının alınmasından ötrü şöbəyə dəvət olunmasına baxmayaraq uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ərizə təqdim edərək izahatında göstərmişdir ki, 1979-cu ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuşdur. Hal-hazırda Astara rayonu, Təngərüd kəndində ailəsi ilə birlikdə yaşayır. 2004cü ildə X4 ilə ailə həyatı qurmuşdur, birgə nikahlarından 3 övladı vardır. Əvvəllər münasibətləri yaxşı olmuşdur, son dövrlər münasibətləri pozulmuşdur. 13 dekabr 2024-cü il tarixdə aralarında mübahisə baş vermişdir, mübahisə zamanı Ülviyyə Məlikovanı döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Bundan əlavə barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilmir, belə ki, özü DİN-nin 102 xidmətinə zəng vurmuş, həyat yoldaşı Ülviyyə Məlikova ilə mübahisə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş və izahatının alınmasından ötrü Astara RPŞ-ya dəvət etmişlər. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 157-ci maddələri ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, 2004cü ildən Şəxs ilə ailə həyatı qurmuşlar. Birgə nikahlarında 3 uşaqları vardır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Daha sonra Şəxs Bakı şəhərində bir qadınla qeyri rəsmi yaşamağa başlamışdır. Bir müddət yaşadıqdan sonra həmin qadınlar aralarında mübahisə olmuş, barəsində cinayət işi açılmış və Şəxs barəsində hökm çıxarılmışdır. Bundan sonra Şəxs yenidən Astara rayonu, Təngərüd kəndinə qayıdaraq onlarla birlikdə yaşamağa başlamışdır. Qayıtdıqdan sonra evdə dava-dalaş salmağa başlamışdır. 13 dekabr 2024-cü il tarixdə aralarında baş vermiş mübahisə zamanı Şəxs onu itələyərək yerə yıxmış, həmin vaxt o huşunu itirmiş, övladları ona köməklik göstərmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng vurub müraciət etmişdir. Şəxs onun və uşaqları üçün çox təhlükəlidir. Halhazırda Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2024-cü il tarixli Astara RPŞ-nin təhqiqatçısı Vüqar Qaraşovun qərarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində X2 döyməsi faktı ilə əlaqədar cinayət işinin başlanması rədd edilmiş və onun İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 26 dekabr 2024-cü il tarixli 422 saylı ekspert rəyində göstərilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı burun nahiyyəsində sıyrıq müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 3-4 gün əvvələ uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 mart 2025-ci il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanıı törətməsi zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsi özünümüdafiyə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bundan əlavə onun əməlimdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi tərkibi yoxdur, belə ki, Şəxs özünün DİN-nin 102 xidmətinə zəng etməsi və polis əməkdaşlarının onun yaşadığı ünvana gəlməsi və onlarla birlikdə Astara RPŞ-ya gəlməsi bunu təsdiq edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin inzibati protokolun icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsirli bilinməli yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində 3 uşağın olması, Şəxs məsuliyyətini ağırlaşdıran hallara gəlincə ailədə mütəmadi olaraq dava-dalaş salmasını göstərmək olar. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirli bilinərək İnzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti 04 mart 2025-ci il tarixdən saat 03:00dan hesablansın Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar