Məhkəmə qərarları › İş №3(018)-175/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-175/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-175/2023 23.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakları ilə xx.xx.1990-cı ildə Astara rayonu Alekseyevka kəndində anadan olmuş, Azərbaycan vətəndaşı, ailəli, işləməyən, Astara rayonu, Alekseyevka kəndində yaşayan və qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbinin pozulması barədə Astara RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Astara rayonu Ojəkərn kəndində Zərərçəkmiş şəxs başının arxa nahiyəsinə yumruqla vuraraq dərəcəsi təyin edilməyən bədən xasərəti yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Astara rayon Ojəkəran kəndində “stroyka” adlanan yerə gəlib Kənanla görüşüb onunla birlikdə arvadının kirayə qaldığı evə gəldiyini, lakin arvadı Validə qapını açmadığını, o da Kənanla birlikdə ipək yoluna girib Pensər tərəfə gedib Kənanı avtomobildən salıb ona bir iki sillə zərəbəsi vurduğunu, daha sonra onu Astara rayon Ərçivan qəsəbəsinə apardığını, Kənar yolda düşüb evinə getdiyini, dava-dalaşın 7-8 dəqiqə davam etdiyini, dava-dalaş zamanı hadisə yerində kənar şəxs olmadığını bildirmişdir. Мəhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Astara rayonu Ojəkəran kəndində onu döymüşdür, hazırda şikayətçidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması əməldə cinayət tərkibi olmadığından rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati icrrat işinin açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində İXM-nin 157-ci maddəsinin tərkibi var və o, həmin inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Belə ki, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar, inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 157, 40, 43, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar