Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-175/2024 18.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi və məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, X1 Astara rayon Polis şöbəsinin X7 Bölməsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokolun ləğv olunması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək Astara rayon Polis şöbəsinin X7 Bölməsinin polis serjantı X4 tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokolun ləğv olunması və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 128.1-ci maddəsindən məlum olur ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət vermə nəzərdə tutulmamışdır. Şikayətdən də görünür ki X2 tərəfindən inzibati protokoldan şikayət verilmişdir. İş materiallarına yalnız protokol əlavə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Astara rayon Polis şöbəsinin X7 Bölməsinin polis serjantı X4 tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokolun ləğv olunması barədə şikayəti geri qaytarılsın. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-175/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-175/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver