Məhkəmə qərarları › İş №3(018)-179/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-179/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-179/2024 18.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, X3 Astara Rayon Polis Şöbəsinin DYP Bölbəsinin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara şəhər sakini X7 məhkəməyə müraciət edərək, Astara rayonu Yol patrul xidməti kapitanı X2 tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayət verən şəxs X7 məhkəməyə ünvanladığı şıkayət ərizəsində göstərmişdir ki, Astara rayon Polis şöbəsinin X13 polis kapitanı X2 tərəfindən, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində baş vermiş, avtonəqliyyat qəzası ilə əlaqədar tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokol və İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar işin faktiki hallarına uyğun olmadığından şikayət verməli olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi Mersedes Benz C-180 Minik markalı **-RN- *** nömrəli avtomaşında tanışları X6 və X4 ilə birlikdə Astara şəhəri Qum küçəsində sərhəd istiqamətində saatda 40-45 km surətlə hərəkət edirmiş. Qabaqda “Opel” markalı maşın hərəkət edirmiş. Maşına 4 metr qalmış dönmə işıqlarını yandırdırmış həmdə faralarla qabaqda hərəkətdə olan maşının sürücüsünə işarə vermiş ki, maşını ötmək istəyir. Maşını ötərkən bu vaxt sonradan adın bildiyi sürücü Elşən Məmmədov heç bir dönmə işıqlarını yandırmadan sola döndü bu vaxt onun idarə etdiyi maşın idarə etdiyi avtomaşına dəydi. Nəticədə idarə etdiyi avtomaşın yoldan kənara çıxaraq səki barderlərinə dəyərək əzildi. Şükür Allaha ki, qəza nəticəsində xəsarət alan olmamışdır. Amma qəza nəticsəsində maşınıma 7185 manat məbləğində ziyan dəymiş maşın tamamilə yararsız vəziyyətə düşmüşdür. Avtonəqliyyat hadisəsini törədən Elşən Məmmədov olmasına baxmayaraq barəsində əsassız qərar yazılmış guya o, ara məsafəsi qaydalarını pozmuşam. Polis əməkdaşının hansı sübutlara əsasən bu nəticəyə gəlməsi qərardan məlum deyildir. Hansı ki, İnzibati xətanın olub olmamasını müəyyən etmək üçün hesab edirəm ki, ekspertiza təyin edilməli idi. Bundan başqa şahidlərin izahatları alınsada, onların izahatlarına qiymət verilməmişdir. Beləliklə hesab edir ki, polis əməkdaşının gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Qəzanı törədən bilavasitə Elşən Məmmədov olduğu halda, əsassız olaraq İnzibati məsuliyyətə cəlb edilmişdir. Astara rayon Polis şöbəsinin X13 polis kapitanı X1 onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. X5 və Astara Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq X7 və Astara Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə X3 və Astara Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozularaq tərtib edildiyindən şikayət təmin edilməlidir. İş materialında olan Astara rayonu Yol patrul xidməti kapitanı X2 tərəfindən tərtib olunan 01 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, X3 inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında işdə onun iddia etdiyi halı inkar edən sübutlar olmalıdır; belə sübutlar isə yoxdur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, şəxsin baş vermiş xətada təqsiri kifayət qədər mötəbər sübutlarla sübuta yetirilməmişdir. AR İXM-ni 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. Astara rayonu DYP Bölməsinin polis kapitanı X2 tərəfindən tərtib olunan barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmasına dair 01 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar