Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-183/2025 14.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məhkəmə iclas katibi Həbibov Elnar Elman oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Astara rayonu, Vaqo kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Astara rayonu, Vaqo kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 12 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 3(018)-183/2025 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs 17 mart 2025-ci il tarixdə Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 3(018)-183/2025 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 3(018)-162/2025 saylı qərarına əsasən barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı həmin şikayətə münasibətdə ləğv olunması, qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün inzibati xəta haqqında iş üzrə icraat materialı Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında materialdan görünür ki, 28 fevral 2025-ci il tarixdə saat 16 radələrində Şəxs anası Zərərçəkmiş şəxs1 və qardaşı arvadı X1 ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirmişdir ki, o, 28 fevral 2025-ci il tarixdən təxminən 10 gün əvvəl anasının onu evdən necə çıxarması ilə bağlı videoçəkilişi sosial şəbəkədə yaymışdır. Belə ki, anasının onu evdən çıxarmasına və təhqir etməsinə baxmayaraq onu mehribanlıqla qarşıladığı, qucaqladığı, öpdüyü həmin görüntülərdə əksini tapmışdır. Anasının evə gəlməsindən evdən çıxmasına qədər bütün vaxt video qeydə alınmış və həmin videoçəkilişdə anasına, eləcə də qardaşının arvadına qarşı nəinki hansısa təhqiramiz ifadə işlətməyi, ümumiyyətlə hər hansı hörmətsizlik etməyi əks olunmamışdır. 28 fevral 2025-ci il tarixdə isə Ağayev Teymurun həyətinə bu məsələ ilə əlaqədar çağırılmış, həmin vaxt Süyakü bələdiyyə sədri, kənd icra nümayəndəsi də orada olmuş, heç bir təhqiredici ifadəyə, anası və qardaşı arvadı barəsində nalayiq ifadələrə yol verməmiş, polis əməkdaşı məhz həmin çəkilişi sosial şəbəkədə yaymasına görə barəsində protokol tərtib edərək məhkəməyə verilməyi bildirmiş, lakin məhkəmədə olarkən məlum olmuşdur ki, anası və qardaşı arvadı guya onları təhqir etməyi barədə şikayətlər etmişlər. Halbuki bunu yenidən evə qayıda bilməyindən ehtiyat edən qardaşı buna mane olmaq üçün arvadı və anasından istifadə edərək onu şərləmiş, guya onların ünvanına təhqiramiz ifadələr işlətməyi barədə yalan məlumatlar verdirmişlər. Polis əməkdaşı isə barəsində protokol tərtib edərkən anası ilə qardaşı arvadını təhqir etməyi barədə ərizələrdən bəhs etməmiş, guya yuxarıda göstərilən çəkilişi sosial şəbəkədə yaymağına görə protokol yazmasını bildirmiş, bununla da onu aldatmışlar. Lakin məhkəmədə olarkən aydın olmuşdur ki, anası və qardaşı arvadı ondən guya onları təhqir etməyi ilə bağlı şikayət etmiş, həmin şikayətlə bağlı da barəsində protokol tərtib edilmişdir, bununla bağlı məhkəmə onu təqsirli bilərək barəsində 100 manat cərimə təyin etmişdir. Halbuki yuxarıda göstərdiyi kimi videoçəkilişdən açıq-aydın görünür ki, heç kəsi təhqir etməmişdir. Həmin hadisə üzrə özünü təqsirli bilmədiyini və heç kəsi təhqir etmədiyini qeyd edərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3 məhkəmə iclasına gəlməmişlər. X3 məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Lakin, zərərçəkmiş şəxs Teliyeva Balanisa Nəvuz qızı teleqramla məhkəməyə müraciət edərək, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyindən işin baxılmasının başqa günə keçirilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmişlərin 08 may 2025-ci il gtarixdə keçirilən məhkəmə iclasında dindirildiyini, məhkəmə iclasının şahidlərin dindirilməsi məqsədilə təxirə salındığını nəzərə alaraq, zərərçəkmişlərin məhkəmə iclasında iştirak etməməsini məhkəmə icraatının lüzumsuz uzadılması məqsədilə edilməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq zərərçəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 08 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X3 bildirmişdir ki, 28 fevral 2025-ci il tarixdən təxminən 10 gün əvvəl Şəxs onun və qaynanasının əks olunduğu vidogörüntüləri tik-tok sosial şəbəkəsində yayımlamışdır. Bununla bağlı tərəflərindən polisə şikayət edilmiş, 28 fevral 2025-ci il tarixdə Şəxs barəsində protokol tərtib edilmişdir. Şəxs 28 fevral 2025-ci il tarixdə ona qarşı nalayiq ifadə işlətməmişdir. 08 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 28 fevral 2025-ci il tarixdə saat 16 radələrində Şəxs anası Teleyeva Balanisə Nəvuz qızı və qardaşı arvadı X1 ünvanına hər hansı bir nalayiq ifadələr işlətməmişdir. Həmin gündən 5- 10 gün əvvəl sosial şəbəkələrdə video yayılmışdır. Həmin videolarda Asəfin anasının daş götürərək Asəfi vurduğunu görmüşdür. Asəfin anasını vurması barədə hər hansı bir video olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 28 fevral 2025ci il tarixdə saat 16 radələrində Şəxs anası Teleyeva Balanisə Nəvuz qızı və qardaşı arvadı X1 ünvanına hər hansı bir nalayiq ifadələr işlətməmişdir. Həmin gündən 5-10 gün əvvəl sosial şəbəkələrdə Asəf tərəfindən videogörüntülər yayılmışdır. Tərəflərindən həmin videogörüntülərə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 28 fevral 2025-ci il tarixdə saat 16 radələrində əri Şəxs ilə birlikdə qaynına məxsus evə getmişlər. Əri Zərərçəkmiş şəxs1 və X2 qarşı hər hansı bir nalayiq ifadələr işlətməmişdir. Həmin gün polis əməkdaşlarının iştirakları ilə söhbət aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağayev Bəylər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin izahatlarını dinləyərək inzibati xəta haqqında işin materiallarını tədqiq edib, hesab edir ki, əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. İş materiallarında olan, məhkəmə iclasında zərərşəkmiş şəxs X3 tərəfindən təqdim edilmiş videogörüntülər ilə müəyyən edilmişdir ki, Şəxs tərəfindən özünəməxsus tiktok sosial şəbəkəsindəki hesabda anası Zərərçəkmiş şəxs1 və X1 əks olunduğu görüntülər yayılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 01 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edlsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən, ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində və sair bu kimi hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, barəsində inzibati icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokolda onun ictimai qaydanı pozduğu qeyd olunsa da, bu hal iş materialları ilə təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs ilə anası Zərərçəkmiş şəxs1, qardaşı və qardaşının arvadı X3 arasında mənzil mübahisəsi vardır. Araşdırma zamanı aydın olmuşdur ki, Şəxs tərəfindən Tik-Tok sosial şəbəkəsindəki ona məxsus hesabda anası və qardaşı arvadının əks olunduğu görüntülər yayılmışdır. Həmin görüntülərə baxış keçirilməsi məqsədilə 28 fevral 2025-ci il tarixdə bir sıra şəxsin görüşdüyü və Şəxs tərəfindən heç bir nalayiq ifadəyə yol verilmədiyi şahid ifadələri və zərərçəmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, dindirilmiş şahidlər və iş üzrə zərərçəkmişlər Şəxs tərəfindən videogörüntülərin yayıldığı səbəbindən barəsində protokol tərtib edildiyini qeyd etmişlər. İş materiallarında olan protokoldan isə görünür ki, Şəxs 28 fevral 2025-ci il saat 16:00 radələrində məhz anası və qardaşı arvadının ünvanına nalayiq ifadələr işlətdiyi üçün barəsində İXM-in 510-cu maddəsilə protokol tərtib edilmişdir. Beləliklə, barəsində protokol tərtib edilmiş şəxs Şəxs ilə zərərçəkmiş şəxslər arasında zərərçəkmişlərin əks olunduğu videogörüntülərin yayılması ilə bağlı narazılıqların olduğu öz təsdiqini tapsa da, Şəxs 28 fevral 2025-ci il tarixdə 16:00 radələrində anası və qardaşı arvadına qarşı nalayiq ifadələr işlətdərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərən hərəkətlərin edilməsi öz təsdiqini tapmamış, ictimai qaydadanın pozulmasının, cəməiyyətə açıqca hörmətsizlik edilməsinin nədən ibarət olması müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində isə ictimai qaydanın pozulması inzibati xəta kimi müəyyən olunmuşdur. Əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) və subyektiv cəhət (təqsir, motiv, məqsəd, motiv) yoxdur. Bu səbəbdən də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-183/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-183/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver