Məhkəmə qərarları › İş №3(018)-191/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-191/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-191/2024 11.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və hakim köməkçisi X1 oğlunun katibliyi ilə, xx xxxxx 1986-ci ildə Astara rayonu, Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 07 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində Astara rayonu, Maşxan kəndində idarə etdiyi «OPEL ASTRA» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman düzgün ara məsafəsi saxlamadığı üçün qarşısında hərəkətdə olan «QAZ 24» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 07 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində Astara rayonu, Maşxan kəndində idarə etdiyi «OPEL ASTRA» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman düzgün ara məsafəsi saxlamadığı üçün qarşısında hərəkətdə olan «QAZ 24» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Alkoqollu içki qəbul etməsinə dair müayinə olunmuş, avtomobili sərxoş vəziyyətdə idarə etdiyi yol patrul xidməti əməkdaşlarına məlum olmuşdur. Buna görə də barəsində protokol tərtib edilmişdir. Hazırda zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Bundan sonra bir daha spirtli içki qəbul edərək avtomobili idarə etməyəcək. İş materillarında olan 07 mart 2024-cü il tarixli 01328 saylı qəbzdən görünür ki, Şəxs avtomobili idarə edən zaman alkoqol sərxoşluğunda olmuşdur. İş materillarında olan BC368561 №-li sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materillarında olan aktdan görünür ki, Zərərçəkmiş şəxs məxsus «QAZ 24» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 580 (beş yüz səsksən) manat maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsinin 5 saylı Lənkəran RQİByə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar