Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-191/2025 17.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1955-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 03 mart 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 17 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 16 fevral 2025-ci il tarixdə saat 22 radələrində Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Astara RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində qardaşı Şəxs onunla şəxsi münasibətlər zəmnində aralarında baş verən mübahisə zamanı onu döydüyünü bildirmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, qardaşını döymdəyini, heç bir təqsiri olmadığını bildirmiş, təhqiqat zamanı verilmiş ifadəsində qeyd etmişdir ki, göstərilən ünvanda ailəsi ilə birgə yaşayır, evlidir, 4 uşaq atasıdı, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qardaşıdır. Əvvəllər münasibətləri yaxşı olsa da, təxminən 5-6 ildir ki, ata mülkü olan ev üstündə mübahisələri vardır. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində ata evində həyətdə olan limon çardağını qardaşı Zərərçəkmiş şəxs sökdüyünü görmüş, ona çardağı “sən sökmə bu limon çardağını” demişdir. Bu zaman Hüseyin Yusifov “sən kimsən mənə deyirsən sökmə limon çardağın, çıx bu həyətdən”. Bundan sonra ralarında mübahisə yaranmış, mübahisə zamanı bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Qardaşı Zərərçəkmiş şəxs döyməmiş, aralarında sözlə mübahisə olmuşdur. Ümumiyyətlə Zərərçəkmiş şəxs həmin gün vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ona böhtan atır. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun qardaşıdır. Əvvəllər münasibətləri yaxşı olsa da, təxminən 5-6 ildir ki, ata mülkü olan bacısı X3 yaşadığı ev və həyətyanı torpaq üstündə onların aralarında mübahisələri olur. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində bacısı X3 ata evində həyətdə olan limon çardağını sökdüyü zaman qardaşı Şəxs ona “bunu sökmə, bu həyətdə mənimdə payım var” demişdir. O da bildirmişdir ki, bacısına o baxır, bacısıda ona etibarnamə vermiş, “sən kimsən gəlib ona mane olmaq istirsən?”. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı qardaşı Şəxs onun ünvanına nalayiq küçə söyüşləri söyərək, onun bədəninin müxtəlif nahiyyələrinə sillə və yumruq zərbələri vurmağa başladı. Həmçinin qardaşı arvadı Nərminə Yusifova onun ünvanına nalayiq ifadələr işlətmişdir. Qardaşı oğlu İbad Yusifov onun ünvanına nalayiq ifadələr işlədərək, arxadan onun kürək və baş nahiyəsinə odun parçası ilə vurmuşdur. Hazırda Şəxs şikayətçidir və onunla barışmır. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Astara rayonu Ərçivan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın Astara RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 canlı şəxsin ekspertizasının 17 fevral 2025-ci il tarixli, 40 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol almacıq nahiyəsində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 17 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Şəxs 28 fevral 2025-ci il tarixli izahatından görünür ki, o, özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək qardaşı Hüseyni döymədiyini və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Astara RPŞ-nin məsul növbətçisi, polis baş leytenantı X7 RPŞ-nin rəisinə ünvanladığı Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:28 radələrində Astara rayon Ərçivan qəsəbə sakini Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə qardaşı Şəxs bacısı Qəribə məxsus pulunu və qızıllarını oğurlamasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, “Cinayət işinin rədd olunması haqqında” 03 mart 2025-ci il tarixli qərarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 17 fevral 2025-ci il tarixli, 40 saylı rəyinə istinad olunaraq Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlinmiş və bu səbəbdən şəxs barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki, Şəxs ilkin izahatından etibarən özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək Zərərçəkmiş şəxs döymədiyini bildirmişdir. Məhkəmə 17 fevral 2025-ci il tarixli, 40 saylı ekspert rəyinə münasibətdə qeyd edir ki, sözügedən rəydə Zərərçəkmiş şəxs bədəni üzərində - sol almacıq nahiyəsində qançırlar aşkar edildiyi, qeyd olunan xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, müddətinin müayinədən bir gün əvvələ uyğun gəldiyi müəyyən edilmiş, lakin, həmin rəydə xəsarətlərin şəxsin özü tərəfindən törədilə bilmə imkanına münasibət bildirilməmişdir. Həmin rəy şəxsin üzərində bədəni üzərində - sol almacıq nahiyəsində qançırlar aşkar edildiyi hissəsində mübahisəsiz olsa da, xəsarətlərin Şəxs tərəfindən törədilməsinə münasibətdə məhkəmə üçün mötəbər hesab edilə bilməz, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə ki, Astara RPŞ-nin məsul növbətçisi, polis baş leytenantı X7 RPŞ-nin rəisinə ünvanladığı Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:28 radələrində Astara rayon Ərçivan qəsəbə sakini Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə qardaşı Şəxs bacısı Qəribə məxsus pulunu və qızıllarını oğurlamasını bildirmişdir. Sözügedən şikayətdə hər hansı döyülmə ilə bağlı məlumat verilməmişdir. Halbuki, məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, həqiqətən Zərərçəkmiş şəxs qardaşı Şəxs tərəfindən döyülsəydi, Hüseyin Yusifovun 102 xidmətinə edilən müraciəti, bacısı Qəribin pullarının və qızıllarının oğurlanması ilə deyil, özünün döyülməsi ilə bağlı olardı. Həmçinin, zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında və təhqiqat zamanı verdiyi ifadələr ziddiyyət təşkil etmiş, o, məhkəmə iclasında ilkin olaraq başından arxadan zədə aldığını və bu zədənin Şəxs həyat yoldaşı tərəfindən törədildiyini, Şəxs ona xəsarət yetirmədiyini bildirmiş, sonradan isə Şəxs tərəfindən gözünə bir yumruq vurulduğunu qeyd etmiş, təhqiqat zamanı ifadəsində isə Şəxs tərəfindən sillə-təpiklə döyüldüyünü qeyd etmişdir. Göründüyü kimi, iş materiallarında zərərçəkmiş şəxsin izahatından başqa Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, zərərçəkmişlə inzibati xəta törətməkdə təqsirləndirilən şəxs arasında ailə münaqişəsindən irəli gələn ixtilaflar mövcuddur ki, bu isə əmələ qiymət vermək üçün yeganə mötəbər sübut kimi zərəçəkmişin ifadəsinə istinad etməyi mümkünsüz edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübuta yetmədiyindən, iş materiallarında olan sübutlar onun əməlində həmin maddənin tərkibinin olmasını istisna etdiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-191/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-191/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver