Məhkəmə qərarları › İş №3(018)-192/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-192/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-192/2023 30.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində qərar çıxarılmış X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 16 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 məhkəməyə müraciət edərək, Astara Rayon Polis Şöbəsində tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X10 tərəfindən qəbul olunmuş 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində qərar çıxarılmış X6 şikayətini müdafiə edərək göstərdi ki, 30 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Astara rayonu Suparibağ kəndindəki, fərdi yaşayış evinin həyətində olan lazımsız torpağı mülkiyyətində olan yük abtomobilinə yükləyib, apardığı zaman Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına gətirilmişdir. Orada polis işçisi Kamran Rəhimov tərəfindən barəsində 30 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X10 tərəfindən qəbul olunmuş 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qeyd edilən idarənin rəis əvəzi X10 tərəfindən ona göndərilmişdir. Ancaq 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ilə əlaqədar ona hər hansı məlumat verilməmiş, həmin qərarın qəbul edilməsi üçün ona çağırış vərəqəsi də göndərilməmişdir. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razi deyildir. Çünki sözügedən qərar tamamilə ədalətsiz tərtib edilmişdir. Belə ki, onun əməlində həmin maddənin tərkibi yoxdur. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması halında yaranır. Ancaq onun həmin inzibati materialdan isə mənim hardasa yerin təkindən istifadə etməyim, bununla əlaqədar olaraq hər hansı bir standartları (normaların, qaydaların) tələbləri pozmağı məlum olmur, bu barədə hər hansıakt tərtib edilməmiş, həmin yerin hara olması da məlum olmur. Həmçinin 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona məlumat verilmədən çıxarılmışdır. Odur ki, 30 yanvar 2023-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X5 verdiyi izahatında göstərdi ki, barəsində qərar çıxarılmış X4 şikayəti ilə tanış olmuşdur. Sözügedən şikayət tamamilə əsassızdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X10 tərəfindən qəbul olunmuş 16 fevral 2023-cü il tarixli, MN ******* saylı qərar tam qanuni və əsaslıdır. Belə ki, Astara Rayon Polis Şöbəsində tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol idarəyə daxil olduqdan sonra müvafiq araşdırma aparılmış və X6 həmin protokola baxılması ilə əlaqədar 16 fevral 2023-cü il tarixə idarəyə çağrılmışdır. X2 16 fevral 2023-cü il tarixə idarəyə gəlməmiş və onun iştirakı olmadan həmin protokola baxılaraq MN ******* saylı qərar qəbul edilmişdir. Sözügedən qərarın ləğv olunması üçün əsaslar yoxdur. Ona görə də X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Astara Rayon Polis Şöbəsində tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki məhkəmə iclasında aydın oldu ki, X6 30 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində mülkiyyətində olan yük abtomobil ilə torpaq apardığı zaman Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəsinə gətirilmişdir. Orada isə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 yanvar 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan sonra isə o, protokol tərtib edildikdən 17 gün sonra, çağrılmadan ona məlumat verilmədən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi tərəfindən qəbul olunmuş 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə 1500 (bir min beş yüz) manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə hesab edir ki, qeyd eilən qərar qanunsuz olmasına görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin dispoziyasına görə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması həmin maddənin tərkibini yaradır. Hər hansı maşında torpaq aparılması yuxarıda qeyd edilən halları təsdiq edə bilməz. Həmin halı təsdiq edən hər hansı bir sübut (akt) məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə həmçinin aydın oldu ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən 15 gün ərzində qəbul edilməli olduğu halda 17-ci gündə qəbul edilmişdir. Bundan başqa məhkəmədə aydın oldu ki, 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X6 çağrılmamış, qeyd edilən protokola baxılmasına dair ona heç bir məlumat da verilməmişdir. (Bu barədə hər hansı bir şağırış vərəqi, bildiriş, onların alınması barədə xəbərnamə məhkəməyə təqdim edilməmişdir.) Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Eləcə də məhkəmədə aydın oldu ki, X11 Rayon Polis Şöbəsinin 30 yanvar 2023-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsinə baxmayaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 Rayon Polis Şöbəsinin 18 yanvar 2023-cü il tarixli MN ******* saylı protokol əsasında qəbul edilmiş 13 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görəfiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməsi barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, şəxsin baş vermiş xətada təqsiri kifayət qədər mötəbər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə hesab edir şəxsə məxsus yük avtomobilində torpaq aparılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 şikayəti təmin edilsin. Astara Rayon Polis Şöbəsinin 30 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi X10 tərəfindən qəbul edilmiş 13 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar