Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-197/2023 27.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1988-ci ildə Astara rayonu, Ərcivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli işləməyən, Astara rayonu, Ərcivan qəsəbəsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 fevral 2023-cü il tarixdə saat 19:30-da sürücülük hüququ olmadan idarə etdiyi «VAZ 2101» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara şəhər H.Əliyev prospekti ilə hərəkətdə olarkən düzgün ara məsafəsi seçmədiyinə görə qarşısında eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Huntay Sonata” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Araşdırma zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu, Ərcivan qəsəbəsində yaşayır. 26 fevral 2023-cü il tarixdə saat 19:30-da sürücülük vəsiqəsi olmadan idarə etdiyi «VAZ 2101» markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara şəhər H.Əliyev prospekti ilə hərəkətdə olarkən düzgün ara məsafəsi seçmədiyinə görə qarşısında eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Huntay Sonata” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və maddi ziyana səbəb olan zərər yetirmişdir. Hal-hazırda əməlindən peşman olmuşdur. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, 26 fevral 2023-cü il tarixdə saat 19:30-da “Huntay Sonata” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman «VAZ 2101» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla toqquşmuşdur. Hal-hazırda Şəxs ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də, barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası Astara RPŞ-nin DYPB-nin İXP ******* saylı protokolundan və yol-nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, Şəxs 26 fevral 2023-cü il tarixdə saat 19:30-da nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, «VAZ 2101» markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara şəhər H.Əliyev prospekti ilə hərəkətdə olarkən düzgün ara məsafəsi seçmədiyinə görə qarşısında eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Huntay Sonata” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş toqquşmuşdur. Lənkəran Avtomatorservis və Ticarəti müəssisəsinin 6 saylı ATXB-nin ustasının Aktından məlum olur ki¸ 27 fevral 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus olan “Huntay Sonata” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1790 (bir min yeddi yüz doxsan) manat zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqiliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırmaqla müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 27 fevral 2023-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-197/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-197/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver