Məhkəmə qərarları › İş №3(018)-197/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-197/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-197/2025 02.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Astara rayonu, Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Təngərüd kənd tam orta məktəbində müəllim işləyən, evli, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİM: Astara Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:10 radələrində Astara rayonu, Təngərüd kəndində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs daş parçası ilə vuraraq onun sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə protokol tərtib edən şəxs sahə rəisi X1 göstərmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, mübahisə var. Dəfələrlə onlarla profilaktik söhbətlər aparılsa da nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixdə Şəxs Astara rayonu, Təngərüd kəndində daş parçası ilə Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu səbəbdən protokol tərtib edilmiş və baxılması üçün Astara rayon məhkəməsinə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onların evi önündən keçərkən avtomobilin siqnal səslərindən istifadə edərək onlara narahatlıq yaradır. Buna görə ona irad bildirmişlər, bu səbəbdən aralarında dəfələrlə sözlə mübahisə olmuşdur. 26 fevral 2025-ci il tarixdə yenə uzun-uzadı siqnal səslərini eşitdikdə hirsindən darvazanın üzərindən Zərərçəkmiş şəxs tərəf daş atmışdır.Nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Zərərçəkmiş şəxs bu hərəkətinə görə üzr istəyərək əməlindən peşimançılığını bildirmişdir. Üç aylıq hamilə olmasını və himayəsində ön dörd yaşına çatmamış iki övladının olmasını cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs etiraz ərizəsini məhkəməyə təqdim edərək əməldə cinayət tərkibi olduğundan protokolu baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən etirazı qəbul etməmiş və mahiyyəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Astara RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Vüqar Qaraşovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tapılıb barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Astara RPŞ-nin ictimai təhlükəsizlik böməsinə göndərilmişdir. Qərarda və ekspert rəyində xəsarətlərin sağlamlığa xəsarət vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi göstərilmişdir.Zərərçəkmiş şəxsin ərizəsindən məlum olur ki, onlar arasında şəxsi münasibətlər zəminində mübaisələr mövcuddur. Həmin qərar qüvvədədir və heç bir şikayət verilməmişdir. Daha sonra məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs ilə qohumdurlar, lakin aralarında uzun zaman davam edən mübahisə vardır. Onun şikayəti əsasında Şəxs və onun ailəsi barəsində bir neçə qərar qəbul edilmişdir. Şəxs onun evini suya verdiyindən onlara yoldan istifadə etməmələrini bildirmiş, bu hal onlar arasında mübahisənin yaranmasına səbəb olmuşdur. Şəxs onu təhqir edərək, ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmişdir. 26 fevral 2025-ci il tarixdə Şəxs onun istiqamətinə daş ataraq xəsarət yetirmişdir.Bununla əlinə “fürsət” düşmüş və bundan axıra kimi istifadə edəcək və onu bağışlamayacaqdır.Bu səbəbdən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib edən şəxsin izahatlarını, ekspert rəyini ətraflı təhlil edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Belə ki, iş materiallarında olan Astara RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Nurlan Rzazadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/1289 saylı material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs X5 ilə arasında olan torpaq mübahisəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Proessual Məcəllənin 149 və 150-ci maddələrinin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə aidiyyəti üzrə Astara rayon məhkəməsinə mülki qaydasında müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Astara RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Vüqar Qaraşovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tapılıb barəsində inzibati icraat işinin açılmasından ötrü qərarın surəti aidiyyəti üzrə Astara RPŞ-nin ictimai təhlükəsizlik böməsinə göndərilmişdir. İş materialında olan 26 fevral 2025-ci il tarixli Astara rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən tərtib edilmiş götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, hal şahidləri xx.xx.1974cü ildə Astara şəhərində anadan olmuş, orta təhsilli, evli, Astara şəhəri, Nizami küçəsi, ev 130-da yaşayan X11 və xx.xx.1990-cı ildə Astara şəhərində anadan olmuş, orta təhsilli, evli, Astara şəhəri, Nizami küçəsi, ev 174-da qeydiyyatda olan və yaşayan X3 iştirakları ilə HK1/286 nömrəli material üzrə X2 videomüşahidə kamerasında olan görüntü 01 ədəd DVD diskə köçürülmüş, həmin diskə baxış keçirilmiş, diskə baxış zamanı Astara rayonun Təngərüd kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi Mersedes-Benz markalı avtomobillə yaşadığı evin həyətinin darvazasından ara yola çıxarkən davamlı olaraq avtomobilin səs siqnalından istifadə etdiyi, X2 ara yolla yaşadığı evə gələn zaman Zərərçəkmiş şəxs ona yoldan keçməməsi barədə iradını bildirməsi, daha sonra aralarında sözlə mübahisə baş verdiyi müəyyən olunmuşdur. Videogörüntülərdə səs yazılarının çox hissəsi aydın olmadığından X13 Rəhimovla nə barədə danışması tam müəyyən edilməmişdir. Həmçinin videogörüntülərdən Akif Fəttayev ilə Zərərçəkmiş şəxs dalaşmadığı sözlü mabahisə etdiyi, daha sonra Akif Fəttayevin arvadı Şəxs mübahisə səslərini eşidərək həyət darvazasının qarşısına gəldiyi, həyətindən çıxmadan daş parçası götürüb küçədə olan Zərərçəkmiş şəxs tərəf atdığı və nəticədə daşın Zərərçəkmiş şəxs dəydiyi müəyyən olunmuşdur. Lakin həmin daş parçaları Zərərçəkmiş şəxs avtomobilinə dəyməmiş, hadisə yerinə kənar şəxslər gəlməmiş, videogörüntüdə kənar şəxs olmamamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 48 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədəni üzərində– alın nahiyəsində sıyrıqlar, sağ said nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi onun səmini etirafı, iş materialında olan 26 fevral 2025-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokol, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ olduğu halda, hüququndan istifadə etməmiş və həmin qərarlar hüquqi qüvvəsini saxlamışdır. İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Məhkəmə hazırkı iş üzrə Şəxs əməlində cinayət əlamətlərini aşkar etmədiyindən materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməməsini qanuna müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci və 32.1.3-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materialında olan xx.xx.2025-ci il tarixli elektron sorğulanma sənədindən görünür ki, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adında iki övladı vardır. Məhkəmə Şəxs himayəsində on dörd yaşına çatmayan iki yetkinlik yaşına çatmayan övladının olmasını, inzibati xəta törətməsindən səmimi peşmançılığını və zərərçəkmiş şəxsdən üzr istəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri– cərimə tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar