Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-198/2024 18.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Sumqayıt Gömrük idarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Astara Gömrük İdarəsindən daxil olmuş 2t.12.2023-cü il tarixli 3-33-1300/2- 002018/2023 saylı məktubda, İran İslam Respublikasından xx.xx.2023-cü il tarixdə 45AA715/45AA716 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş yükü müsaiyət edən sənədlərdə və qısa idxal bəyannaməsində göstərilməmiş 49 ədəd karton qutuda “Polietilen əlcək” yükünün aşkar edildiyi, təyinat orqanı Sumqayıt Gömrük İdarəsi olduğundan yoxlama protokolunun Sumqayıt Gömrük İdarəsinə göndərildiyi qeyd edilmişdir. Faktla bağlı Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3- 33-/3-1- 005637/2023 saylı raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparılaraq müəyyən edilmişdir ki, İran İslam Respublikasın da yerləşən “X5 Free Zone” şirkəti tərəfindən göndərilmiş və xx.xx.2023-cü il tarixdə 45AA715/45AA716 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş yükü müsaiyət edən sənədlərdə - xx.xx.2023-cü il tarixli 102571 nömrəli CMR, xx.xx.2023-cü il tarixli 2872 nömrəli invoys və **********3167 sorğu nömrəli qısa idxal bəyannaməsində qeyd edilməyən və xx.xx.2023-cü il tarixdə adı qeyd olunan hüquqi şəxs tərəfindən Sumqayıt Gömrük İdarəsində **********0447 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş mallara Astara Gömrük İdarəsində xx.xx.2023-cü il tarixdə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı yükü müsaiyət edən sənədlərdə xx.xx.2023-cü il tarixli 102571 nömrəli CMR, xx.xx.2023-cü il tarixli 2872 nömrəli invoys və **********3167 sorğu nömrəli msa idxal bəyannaməsində göstərilənlərlə nəqliyyat vasitəsində olan yüklər eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, 45AA715/45AA716 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisinə xx.xx.2023-cü il tarixdə daxil olan çəkisi 347.90 kq təşkil edən “Polietilen əlcək” yükü Şəxs MMC tərəfindən gömrük orqanına bəyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə Bakı səhəri Qaradaq rayonu (Xocəsən yolu) “Xocəsən" gömrük terminalında gömrük əməkdaşları tərəfindən Şəxs MMC-nin nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə 5AA715/45AA716 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş mallara yenidən gömrük yoxlaması həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 45AA715/45AA716 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə ilə ərazisinə daxil olmuş və yükü müsaiyət edən sənədlərdə - xx.xx.2023-cü il tarixli 102571 nömrəli CMR, xx.xx.2023-cü il tarixli 2872 nömrəli invoys və **********3167 sorğu nömrəli qısa idxal bəyannaməsində göstərilməmiş, lakin xx.xx.2023-cü il tarixli **********0447 şjrğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən üzərində “X6” yazıları olan polietilen əlcək” yükü 49 ədəd karton qutuda, hər qutunun içərisftfefe1 ümumilikdə 100 ədəd selefon qablaşdırma bağlamada və hər bağlamada 50 cüt olmaqla, cəmi 245000 cüt təşkil edir. Qeyd edilən mallar Xocahəsən Gömrük postunun ərazisində gömrük nəzarəti altında saxlanması üçün anbara təhvil verilmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 fevral 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan protokoldan görünür ki, Şəxs MMC-nin aşkar edilərək götürülmüş 50 cüt olmaqla, cəmi 245000 cüt təşkil edən, üzərində “X6” yazıları olan 49 ədəd karton qutuda “polietilen əlcək” yükü Xocahəsən Gömrük postunun anbarına müvəqqəti saxlanca verilmişdir. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli 19/283 №-li ekspertiza rəyindən görünür ki, Şəxs MMC-nin aşkar edilərək götürülmüş 50 cüt olmaqla, cəmi 245000 cüt təşkil edən, “polietilen əlcək” yükünün dəyəri 9800 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan və X4 postunda saxlanılan inzibati binasında yerləşən anbarda saxlanılan 50 cüt olmaqla, cəmi 245000 cüt təşkil edən, “polietilen əlcək” dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-198/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-198/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver