Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-199/2024 03.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, X5 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4nin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə tərtib olunmuş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X13 Xidmətinin X4nin müdir vəzifəsizni icra edən X9 qəbul etdiyi MN № ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğdə cərimə edilmişdir. X8 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə tərtib olunmuş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X8 bildirdi ki, X13 Xidmətinin X4 tərəfindən barəsində İXM-nin 192.6-cı maddəsi xx.xx.2024-cü il tarixli, MN1933519 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X13 Xidmətinin X4 tərəfindən İXM-nin 192.6-cı maddəsi xx.xx.2024-cü il tarixli, MN0020829 nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərar xx.xx.2024-cü il tarixində Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-ə göndərilmiş və tərəfindən qəbul edilmişdir. Qeyd edim ki, həmin qərardan tərəfindən Astara rayon Məhkəməsinə ərizə verilmişdir. İş hakim Mübariz Məmmədovun icraatına verilmişdir. Lakin yanlışıqla öz adından deyil Astara rayon Mərkəzi Xəstəxana PHŞ adından verdiyi üçün sənədlər geri qaytarılmışdır. X13 Xidmətinin X4 tərəfindən barəmdə inzibati xəta haqqında qərar qəbul edilməsinin səbəbi Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də tibb bacısı vəzifəsində işləmiş X2 işdən azad edilməsi olmuşdur. Bununla bağlı qeyd etmək istəyir ki, İşçini işdən azad etməzdən öncə tərəfindən Səhiyyə Nazirliyinə xx.xx.2023-cü il tarixində məktub göndərilmişdi ki, Bakı Menecer-Biznes kolleci orta ixtisas tibb müəssisəsi olub olmadığını və X1 cəlb edilməsinin mümkün olub olmadığının dəqiqləşdirilməsi aparılması idi. Səhiyyə Nazirliyinin 02 noyabr 2023-cü il tarixli məktubuna əsasən Bakı Menecer-Biznes kolleci orta ixtisas tibb müəssisəsi hesab edilmədiyi və bu səbədən X2 tibb işçiləri üçün nəzərdə tutulan təkminləşdirmə kursu və sertifikasiyadan keçirilməsinin qeyri mümkün olduğu bildirilmişdir. Mövcud qanuna əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə-vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli fərmanın 5.6-cı bəndinə əsasən isə İXM-nin həmin Məcəllənin 215.4 nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır. Həmin işçinin həmin vəzifədə işləməsi gələcəkdə Səhiyyə Nazirliyi tərəfindən cərimə edilməsi üçün əsas olacaqdır. O şəbədən də tərəfindən işçini Əmək Məcəlləsinin 70 ,,c,, bəndinə əsasən işdən azad etmişdir. Yuxarıda qeyd etdiklərimizi DƏMX-nin X4 araşdırma aparmadan haqqında qərar qəbul etmişdir. Onlar hansı səbəblə işdən azad etdiyini də Əmək Müfəttişliyinə bildirmişdir. DƏMX-nin X4 tərəfindən tərtib edilmiş protokol və qərarın qanunsuz olduğunu hesab edirik. Odur ki, qərarı məhkəmədə mübahisələnirmək qərarına gəlmişdir. Şikayəti təmin olunsun, barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixi MN0020829 nömrəli qərar ləğv edilərək inzibati tənbeh vermə haqqında işə xitam verilsin. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4nin nümayəndəsi X10 bildirdi ki, təmsil etdi orqan tərəfindən qəbul edilmiş qərar qanunidir və onun ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə X7 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4nin nümayəndəsi X3 dinləyib, iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə oyğun tərtib edildiyindən şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4nin müdir vəzifəsini icra edən X9 qəbul etdiyi MN № ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1.- qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2.- bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3.-bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4.-bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. - şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X5 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X4 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə tərtib edilmiş MN № ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-199/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-199/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver