Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-2/2023 22.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X12 oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X1 və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Astara rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarla qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X11 MMC-nin xeyrinə və maraqlarının qorunması üçün hərəkət edərkən və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Əmək Məcəlləsinin İİİ bölməsinin 7-ci fəslində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamalı olduğu halda, həmçinin Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi bağlamadan fiziki şəxs X3 03 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək Bakı şəhəri, Babək prospektində yerləşən Astaraçay MMC-nin ofisində satış təmsilçisi kimi işə cəlb etmiş, əmək münasibətlərinin yaranması üçün əsas olan əmək müqaviləsini isə həmin şəxslərlə bağlamamışdır. Bununla da hüquqi şəxs «Astara Çay” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş əmək hüquqları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X4 göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 87, mənzil 67-də yaşayan X5 ərizə ilə müraciət edərək, Şəxs MMC-də əmək müqaviləsiz və heç bir əmək haqqı ödənilmədən işlədiyini bildirmişdir. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran-Astara regional şöbəsində araşdırma aparılmış və müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 87, mənzil 67-də yaşayan X5 Şəxs MMC-nin Bakı şəhəri, Babək prospektində yerləşən ofisində əmək müqaviləsiz və heç bir əmək haqqı ödənilmədən 03 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək işlədiyini müəyyən olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan və hazırda da fəaliyyəti aktiv olan Şəxs MMC-nin (VÖEN: **********) onu təmsil etmək və onun adından qərarla qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X11 MMC-nin xeyrinə və maraqlarının qorunması üçün hərəkət edərkən və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Əmək Məcəlləsinin İİİ bölməsinin 7-ci fəslində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamalı olduğu halda, həmçinin Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni, heç bir əmək haqqı ödənilmədən, əmək müqaviləsi bağlamadan işlətmişdir. Əmək münasibətlərinin yaranması üçün əsas olan əmək müqaviləsini isə həmin şəxslərlə bağlamamış, bununla da İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyi normalarını pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Bununla bağlı, Astara çay” MMC (VÖEN: **********) barəsində 12 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və toplanmış sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Toplanmış materiallar ilə «Astara Çay” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nzərədə tutulmuş inzibati xəta hadisəsini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, hüquqi şəxs «Astara Çay” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 izahatında göstərdi ki, nümayəndəsi olduğu hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati icraat düzgün aparılmamışdır. Şəxs MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Əvvələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində əsasən cərimə olunmuşlar. Maddi imkanları çox aşağıdır. Odur ki, hüquqi şəxs Şəxs MMC barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X1 və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materaillarında olan fiziki şəxs - X2 izahatından görünür ki, o ilə əmək müqaviləsi bağlanmadan, əmək haqqı ödənilmədən Şəxs MMC-də işləmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə -fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Astara Çay” MMC-nin (VÖEN:**********) məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib 20.000 (iyirmi min) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-2/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-2/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver