Məhkəmə qərarları › İş №3(018)-2/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-2/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-2/2025 13.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X8 MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs X8 MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Astara rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: Astara rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara əsasən hüquqi şəxs "Məryəm Kids X8" Məhdud məsuliyyətli cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs X8 MMC-nin nümayəndəsi X4 bildirdi ki, Astara rayon prokurorunun böyük köməkçisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və toplanmış 132C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Turan Rəfiyevə aylıq ödənişi geri almaq üçün mülki qaydada məhkəməyə şikayət etmək hüququ izah edilmiş, hüquqi şəxs Məryəm Kids" X8 MMC və həmin hüquqi şəxsin xeyrinə və maraqlarının qorunması üçün hərəkət edən hüquqi şəxsi təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X5 barəsində inzibati xəta haqqında işin başlanıbbaşlanmama məsələsinə baxılması üçün prokuror qarşısında məsələ qaldırılmışdır. Cinayət işinin başlanması rədd edilməsi barədə qərarın qəbul edilməsindən 04 (dörd) ay müddət keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Astara rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, Astara rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmə mümkün hesab edir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq hesab edir ki, hüquqi şəxs "Məryəm Kids X8" Məhdud məsuliyyətli cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış 3(018)-2/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialında olan Astara rayon prokurorunun köməkçisi Allahyar Məmmədlinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış 132C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və hüquqi şəxs Məryəm Kids" X8 MMC və həmin hüquqi şəxsin xeyrinə və maraqlarının qorunması üçün hərəkət edən hüquqi şəxsi təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs X5 barəsində inzibati xəta haqqında işin başlanıb-başlanmama məsələsinə baxılması üçün prokuror qarşısında məsələ qaldırılmışdır. İş materialında olan Astara rayon prokuroru Əli Əliyevin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından görünür ki, hüquqi şəxs "Məryəm Kids X8" Məhdud məsuliyyətli cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Astara rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə nəzərədə tutulmuş müddətlərin başa çatdığını nəzərə alaraq, məhkəmə Şəxs X8 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış 3(018)- 2/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs X8 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış 3(018)-2/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar