Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-206/2025 04.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Protokol tərtib edən Astara rayon polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Lənkəran rayonu, Biləsər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Astara rayonu, Şiyəkəran kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində X8 İTB-nin sahə rəisi X6 tərəfindən 04 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibatı xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 03 aprel 2025-ci il tarixdə 18:00 radələrində Astara rayon Polis Şöbəsinin inzibati binasının təhqiqat bölməsində olarkən şöbəyə dəvət olunmasına etiraz edərək uca səslə ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən qanunun tələblərinin ona izah edilməsinə baxmayaraq Şəxs polis əməkdaşının qanuni tələblərinə əməl etməmişdir. Məhkəmədə protokol tərtib edən şəxs X6 izahatında göstərmişdir ki, 03 aprel 2025-ci il tarixdə Astara rayonu, Şiyəkəran kənd sakini Şəxs barəsində arvadı X1 DİN-nin 102 xidmətinə şikayət etmişdir. Həmin məlumat əsasında Şəxs barəsində araşdırma materialı açılmış və Şəxs 03 aprel 2025-ci il tarixdə Astara rayon Polis Şöbəsinə dəvət edilmiş, sonuncu Astara rayon Polis Şöbəsinin inzibati binasının təhqiqat bölməsində olarkən uca səslə səs-küy salaraq polis əməkdaşının qanuni tələblərinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 03 aprel 2025-ci il tarixdə 18:00 radələrində Astara rayonu, Şiyəkəran kəndində yaşadıqları evdə olarkən arvadı X2 tərəfindən xəstə uşağının döyülməsinə etiraz etmiş, X2 bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Buna görə barəsində araşdırma aparılması üçün Astara rayon Polis Şöbəsinə dəvət olunmuş, buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Astara rayon Polis Şöbəsinə getmişdir. 04 aprel 2025-ci il tarixdə Astara rayon Polis Şöbəsinin inzibati binasının təhqiqat bölməsində izahatı alınarkən polis əməkdaşlarını təhqir etməmiş, onların qanuni tələblərinə tabesizlik göstərməmişdir. Qeyd etdiyi halların nəzərə alınaraq inzibati xəta hadisəsi törətmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Astara Rayon BPİ-nin İTB-nin polis nəfəri X7 izahatında göstərmişdir ki, Astara rayon, Şiyəkəran kənd sakini Şəxs barəsində olan araşdırma ilə bağlı Astara Rayon Polis Şöbəsinə dəvət edilmiş, izahatı alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Astara rayon Polis Şöbəsinin inzibati binasında olarkən polis əməkdaşlarına qarşı heç bir təhqiredici ifadə işlətməmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. İş materiallarında olan tutma 03 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 aprel 2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib edən şəxsin və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, Şəxs ilə həyat yoldaşı X2 arasında yaranmış, həmin halın araşdırılması üçün Şəxs Astara rayon Polis Şöbəsinə dəvət edilmiş, sonuncu polisin qanunu tələbinə əməl edərək polis şöbəsinə gəlmiş və izahat vermiş, həmin vaxt ictimai qaydanı pozmamış və polisin qanuni tələbinə tabesizlik göstərməmişdir. Həmçinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını,şahidin ifadəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1 , 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-206/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-206/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver