Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-208/2024 27.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin LARB-nin rəisi X1 qəbul etdiyi MN ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğdə cərimə edilmişdir. X5 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X5 bildirdi ki, şikayətə baxmadan şikayət və ona əlavə edilmiş sənədləri ona qaytarılmasını xahiş edərək, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol üzrə çıxarılmış qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokolu əsasında qəbul edilmiş qərardan yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin LARB-nin rəisi X4 tərəfindən qəbul edilmiş MN ******* nömrəli nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın və şikayət vermiş şəxsə, yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-208/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-208/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver