Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-210/2024 18.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi ilə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İran İslam Respublikası vətəndaşı Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə İran İslam Respublikası Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, İran İslam Respublikası Təbriz şəhəri, Zəbərlo küçəsi ev300-da qeydiyyatda olmaqla, yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs idarə etdiyi “Sınotruk” markalı “35AA901/902” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına “012926” saylı CMR-ə və 5738 nömrəli invoysa əsasən “dəmir xlorid” yükü apararkən, xx.xx.2024-cü il tarixdə, saat təqribən 18 radələrində Astara Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı saxlanılmış və yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. X4 idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı “Sınotruk” markalı “35AA901/902” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin ön tərəfində buferin alt hissəsində gizlədilmiş, öncədən gömrük orqanına yazılı, şifahi və ya elektron formada bəyan edilməmiş, 10 blokda, üzərində “Wistom” yazı olan 100 qutu və 1 blokda üzərində “Kent” yazısı olan filterli siqaretləri aşkar edilərək götürülmüşdür. Bununla da X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, o, İran İslam Respublikası Təbriz şəhəri, Zəbərlo küçəsi ev 300-da ünvanında yaşayır və sürücü işləyir. O, idarə etdiyi “Sınotruk” markalı “35AA901/902” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasına “012926” saylı CMR-ə və 5738 nömrəli invoysa əsasən “dəmir xlorid” yükü apararkən, xx.xx.2024-cü il tarixdə, saat təqribən 18 radələrində Astara Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı saxlanılmış və yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı “Sınotruk” markalı “35AA901/902” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin ön tərəfində buferin alt hissəsində gizlədilmiş, öncədən gömrük orqanına yazılı, şifahi və ya elektron formada bəyan edilməmiş, 10 blokda, üzərində “Wistom” yazı olan 100 qutu və 1 blokda üzərində “Kent” yazısı olan 10 qutu filterli siqaretləri aşkar edilərək götürülmüşdür. Maddi imkanı aşağı olduğundan barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə protokol üzrə həmin maddənin sanksiyasında nəzərdə tutlmuş müsadirə tənbehinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 13 mart 2024-cü il tarixli 19/208, №-li ekspertiza rəyindən görünür ki, Şəxs aşkar edilərək götürülmüş 10 blokda, üzərində “Wistom” yazı olan 100 qutu və 1 blokda üzərində “Kent” yazısı olan 10 qutu filterli siqaretlərin cəmi dəyəri 250 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan X8 anbarında saxlanılan Şəxs aşkar edilərək götürülmüş 10 blokda, üzərində “Wistom” yazı olan 100 qutu və 1 blokda üzərində “Kent” yazısı olan 10 qutu filterli siqaretlər dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-210/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-210/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver