Məhkəmə qərarları › İş №3(018)-213/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-213/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-213/2025 30.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, X1 iştirakı ilə X3 X Tağım Yol patrol xidmətinin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində X Tağım Yol patrol xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən barəsində tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Ələt-Astara yolunun 25 km istiqamətində hərəkət etdiyi zaman X5 bir neçə km keçdikdən sonra Yol Patrul Xidməti avtomobili ona yaxınlaşaraq saxla tələbi vermiş və o da qanuna muvafiq qaydada idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Avtomobil saxlayan zaman YPX əməkdaşı X X11 Xidməti inspektoru, polis baş serjantı X4 ona yaxınlaşaraq Salyan Stasionar postunda ona saxla tələbi verdiyini, bu əmrə tabe olmadığı üçün ona İXM-in 327.3-cü maddəsi ilə 100 manat məbləğində cərimə və sürücülük vəsiqəsinə 4 bal tətbiq etmişdir. Qeyd edir ki, Ələt-Astara yolunun 25 km istiqamətində hərəkət etdiyi zaman Salyan postunun Yol Patrul Xidməti inspektoru tərəfindən ona heç bir saxla tələbi verilməmişdir. Saxla tələbi onun önündəki avtomobilə verilmişdir. Bunu təsdiq edən şahidlərdə onunla eyni ifadəni təsdiq edirlər. Məhkəmə iclasında X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətçinin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, X Tağım Yol patrol xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən Ələt- Astara yolunun 25-ci km “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 Azərbaycan Respublikası İXM-in 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli YPXA-nın 10-cu tağım YPX baş serjantı X2 DİN Baş DYP İdarəsinin rəis müavinə ünvanlanmış Raportun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:05 dəqiqədə Ələt-Astara yolunun 25-ci km “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə saxla işarəsi vermiş, lakin, sürücü bilərəkdən saxla işarəsinə tabeçilik göstərməyərək hərəkətinə davam etmişdir. Azərbaycan Respublikası İXM-in 120-ci maddəsinə əsasən bu Məcəllənin 327- 356cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 100 manat məbləğində cərimə edilir. Məhkəmə iclasında təqdim edilmiş CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə saat 15:05 dəqiqədə Ələt- Astara yolunun 25-ci km “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə saxla işarəsi vermiş, lakin, sürücü saxla işarəsinə tabeçilik göstərməyərək hərəkətinə davam etmişdir. Buna görə də, X1 şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmaq kimi qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Belə olan halda məhkəmə hesab edir ki, X Tağım Yol patrol xidmətinin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. X Tağım Yol patrol xidmətinin inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar