Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-214/2024 18.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X4 oğlunun katibliyi ilə, xx xxxxxx 1990-ci ildə Astara rayonu, Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Vaqo kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs 17 mart 2024-cü il tarixdə, saat 01:35 radələrində Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X1 ilə birlikdə Astara rayonu, Şahağacı kəndi ərazisində xidmətdə olan zaman adı sonradan onlara məlum olan Şəxs idarə etdiyi **-BU-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtonəqliyyat vasitəsini saxladığını və içərisində sərnişin qismində əyləşmiş X3 ilə mübahiə edərkən, onlara yaxınlşaıb özünü təqdim etmişdir. Şəxs sərxoş vəziyyətdə olduğunu görmüş və onu Astara RPŞ-nin NH-nə məlumat vermiş və YPX-nin əməıkdaşlarına təhvil verən zaman polisə müqavimət göstərmiş, onların qanuni tələblərinə tabe olmamış və uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 18 mart 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 17 mart 2024-cü il tarixdə, saat 01:35 radələrində Astara rayonun, Şahağacı kəndi ərazisində özünə məxsus **-BU-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtonəqliyyat vasitəsində olan zaman tanışı Xatirə Qafarova ilə şəxsi münasibətlər zəmnində mübahisə etmiş, bu zaman yaxınlıqda olan polis əməkdaşları avtomobilə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu sakitləşdirməyə dəvət etmişlər. O, ərxoş vəziyyətdə olduğu üçün daha da aqressivləşərək səs-küy etməyə başlamışdır. Polis əməkdaşları ona etdiyin hərəkətin inzibati xəta olduğunu biuldirmişdir. Buna baxmayaraq onlara qarşı tabesizlik göstərmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Polis əməkdaşlarından da üzr istəmişdir. Bir daha bu kimi hallara yol verməyəcəkdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Səfərli EltunTəvəkkül oğlu vermiş olduğu izahatında göstərdi ki, 17 mart 2024-cü il tarixdə, saat 01:35 radələrində Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X1 ilə birlikdə Astara rayonu, Şahağacı kəndi ərazisində xidmətdə olan zaman adı sonradan onlara məlum olan Şəxs idarə etdiyi **-BU-*** dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtonəqliyyat vasitəsini saxladığını və içərisində sərnişin qismində əyləşmiş X3 ilə mübahiə edərkən, onlara yaxınlşaıb özünü təqdim etmişdir. Şəxs sərxoş vəziyyətdə olduğunu görmüş və onu barəsində Astara RPŞ-nin NH-nə məlumat vermiş və YPX-nin əməkdaşlarına təhvil verən zaman onlara müqavimət göstərmiş, onların qanuni tələblərinə tabe olmamış və uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. Bir daha Şəxs xəbərdarlıq edilmiş, nizamintizama dəvət edilmişdir. Bütün bunlara baxmayaraq Şəxs öz hərəkətlərinə davam etmişdir. Buna görə də bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuş, onun qeyriqanuni hərəkətləri sənədləşdirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Səfərli EltunTəvəkkül oğlu tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs 17 mart 2024-cü il tarixdə, saat 01:35 radələrində Astara RPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 17 mart 2024-cü il tarixli, 38 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti 17 mart 2024-cü il tarixdən, saat 01:35-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsn. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-214/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-214/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver