Məhkəmə qərarları › İş №3(018)-216/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-216/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-216/2025 08.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 17 yanvar 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 08 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 10 yanvar 2025-ci il tarixdə saat 13:00 radələrində Şəxs Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, 10 yanvar 2025-ci il tarixdə saat 13:00 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində Şəxs Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə Astara RPŞ-yə müraciət edərək, ailə daxili münaqişə zamanı aralarında baş verən mübahisə zamanı Şəxs tərəfindən döyülməsini bildirmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli hesab etməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 yaşadıqları evə gəlmiş, Rumanə Həmidova onu təhqir etmiş və döymüşdür. X7 da mübahisə zamanı ona qarşı nalayiq ifadələr işlətmiş, onun başına sillə vuraraq döymüşdür. Lakin qayınanası Zərərçəkmiş şəxs onu döyməmiş, nalayiq ifadələr işlətmişdir. Buna baxmayaraq o, Zərərçəkmiş şəxs qarşı heç bir hörmətsizlik etməmiş, ona qarşı nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs gəlinidir. Əvvəllər aralarında münasibət yaxşı olmuş, qərəzli münasibətləri olmamışdır. X1 xx.xx.2025-ci il tarixdə saat 13 radələrində onların yaşadığı evə gəlmiş, evin mətbəxində olan zaman Şəxs Rumanə Həmidovaya mətbəxdəki əşyalara toxunmamasını bildirmiş, söyüşlər söyərək, ona qarşı nalayiq ifadələr işlətmişdir. Buna görə onları sakitləşdirmək istəsə də, Şəxs ona qarşı da nalayiq ifadələr işlədərək təhqir etmiş və onu döymüşdür. Ona qarşılıq olaraq Şəxs qarşı söz işlətmiş, buna görə ondan üzr istəmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X4 izahatında bildirmişdir ki, Şəxs qardaşı arvadıdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində valideyinlərinin yaşadığı evə gəlmiş, evin mətbəxində olan zaman Şəxs ona mətbəxdəki əşyalara toxunmamasını bildirmiş, söyüşlər söyərək, ona qarşı nalayiq ifadələr işlətmiş, onun saçından tutaraq itələmişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs onları aralaşdırmaq istəyəndə Şəxs Zərərçəkmiş şəxs döymüş və ona qarşı nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X7 izahatında bildirmişdir ki, Şəxs gəlinidir. Əvvəllər aralarında münasibət yaxşı olmuş, onu qızı kimi qəbul etmişdir. X1 xx.xx.2025-ci il tarixdə saat 13 radələrində onların yaşadığı evə gəlmiş, evin mətbəxində olan zaman Şəxs Rumanə Həmidovaya mətbəxdəki əşyalara toxunmamasını bildirmiş, söyüşlər söyərək, ona qarşı nalayiq ifadələr işlətmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs onları sakitləşdirmək istəsə də, Şəxs Zərərçəkmiş şəxs qarşı da nalayiq ifadələr işlədərək təhqir etmiş və Zərərçəkmiş şəxs döymüşdür. O da onları aralamaq istəyəndə Şəxs ona qarşı da nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində, X7, X7 və X7 isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiklərinə görə barələrində inzibati xəta haqqında iş üzrə icraat açılmasından ötrü qərarın surəti Astara RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 canlı şəxsin ekspertizasının 11 yanvar 2025-ci il tarixli, 10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol əlin 3-cü barmağı nahiyyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər uclu alətin təsirindən törənmişdir, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir; Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 canlı şəxsin ekspertizasının 11 yanvar 2025-ci il tarixli, 10 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməyərək, zərərçəkmişi döyməməsini iddia etməsi isə məhkəmə tərəfindən şəxsin özününmüdafiə etməsi kimi qiymətləndirilir və əsassızdır. Belə ki, Şəxs tərəfindən barəsində araşdırma aparılan dövrdə araşdırmanın düzgün aparılmaması ilə bağlı hər hansı prosessual hərəkətlər edilməmiş, hərəkətsizlik göstərilmiş bu da, bir daha şəxsin ifadəsinə özünümüdafiə kimi yanaşmaya əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə tərəfindən Şəxs himayəsində azyaşlı uşaqlarının olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar