Məhkəmə qərarları › İş №3(018)-219/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-219/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-219/2025 05.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X3, Şəxs barəsində Astara rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Astara Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN N ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Astara Rayon Məhkəməsinin 3(018)-219/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinərək barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 180 manat məbləğində cərimə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-240/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinməsinə dair Astara Rayon Məhkəməsinin 3(018)-219/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğ edilmiş və işin həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması və inzibati xətaya dair material yenidən baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarını araşdırıb və Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-240/2025 saylı qərarında göstərilənləri nəzərə alaraq belə qənaətə gəlirəm ki, Astara rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam kimi Astara rayon Polis Şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materialında olan xx.xx.2025-ci il tarixli sənədi mütəxəssis adı ilə X1 imzalayıb arayış kimi qeyd etsə də, sonda “Zərərçəkmiş şəxs pay torpağını məftildən ibarət çəpərini kəsib doğraması və ona 200 manat məbləğində maddi ziyan əmək haqqını nəzərə alaraq aşağıdakı kimi rəy verirəm: 300 metr hər metrəsi bazar qiyməti 0.60 manat, ümumilikdə 180 manat” sözlərini yazmışdır. Bu arayışdan görünür ki, mütəxəssis kimi qeyd edilən Fuad Əhmədov çəpərdəki kəsilmiş məftilin uzunluğunun 300 metr olması ilə bağlı hər hansı bir əsas gətirmədən anlaşılmaz bir şəkildə arayış tərtib etmişdir. X2 təqrtib etdiyi arayışa (mütəxəssis rəyi tərtib edilməli olduğu halda) onun təhsil sənədi və ya ixtisas sertifikatını təsdiq edən sənədləri, diplomu, sertifikatı və ya lisenziya sənədləri, iş stajını göstərən sənəd və ya əmək kitabçası əlavə edilməmiş, həmin arayışı tərtib edən mütəxəssisin hansı əsasla arayış tərtib edib, hansı araşdırma nəticəsində məhz 300 metr uzunluğundakı məftilin kəsilməsi nəticəsinə gəlməsi ümumiyyətlə göstərilməmişdir. Halbuki hazırki iş üzrə hadisə yerində məftilin ölçməsi aparılmalı və bu ölçmələr müvafiq aktla rəsmiləşdirilməli, foto və ya vidogörüntülərlə qeydə alınmalı idi. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN N ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Astara rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN N ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Astara rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar